“Az avtomobil -çox həyat”


Baxıldı : 1519

Tarix : 2019-04-12 18:05:48


7 Aprel - Ümumdünya Sağlamlıq Günü münasibətilə paytaxtda veloyürüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə baş tutan yürüş respublikamızda sağlam həyat tərzinin yüksəldilməsi, ekoloji təmiz hava məkanının təbliği baxımından təqdirəlayiqdir.

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyev bildirib ki, əhalinin velosiped sürməyə artan marağını, bunun insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətini nəzərə alaraq müvafiq təşkilatlar tərəfindən uyğun infrastrukturun yaradılması üçün tədbirlər görülür.

Veloyürüşdə fəal iştirak edən komandalara və təşkilat rəhbərlərinə sahə Hİ Respublika Komitəsinin Fəxri diplomları təqdim edildi.

Əhəd İBADOV