Azərbayca...


Baxıldı : 313

Tarix : 2016-04-01 04:18:00


Azərbaycan Korlar Cəmiyyətinin Bakı Tədris İstehsalat Birliyi Məhdud Məsuliyyətli Cəmiyyətində işləmiş və 1988-ci ildən mənzil növbəsində olan I qrup əlil 2005-ci ildə vəfat etmişdir.Evlər bölüşdürülərkən mərhumun ailəsi mənzil ala bilməmişdir. Bilmək istəyirik ki, vəfat etmiş əlilin mənzil hüququndan ailə üzvlərinin yararlanması mexanizmi varmı, varsa, necədir?Həlmət QOCAYEVA,Bakı şəhəri.- Azərbaycan SSR Nazirlər Soveti 14 oktyabr 1983-cü ildə 418№-li Qərarla \ Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları\ nı təsdiq etmişdir. Həmin Qaydaların 20-ci bəndinə əsasən, yaşayış sahəsi almaq üçün vətəndaşların uçotda olmaq hüququ aşağıdakı hallarda saxlanılır:a) müvəqqəti olaraq başqa yerə getdikdə-qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna edilməklə, yaşayış sahəsindən istifadə hüququnun saxlanıldığı dövrlər;b) seçkili vəzifəyə keçdikdə;v) qocalığa və ya əlilliyə görə pensiyaya çıxdıqda;q) uçota götürüldükdən sonra xidməti yaşayış sahəsi və ya yataqxana verildikdə;ğ) mənzil tikintisi aparan müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən, iş şəraiti ilə əlaqədar olaraq tabeçilikdəki müəssisələrə, idarələrə, təşkilatlara keçirildikdə;d) SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən edilmiş digər hallarda.Mənzil şəraitini yaxşılaşdırmaq üçün uçotda olan vətəndaş (bu halda I qrup əlillər ayrıca qeyd edilmir) öldükdə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, bu halda həmin şəxsin ailə üzvlərinin onun əvəzinə uçota götürülməsi məsələsi də həmin Nümunəvi Qaydalarda göstərilmişdir. Belə ki, uçota ailə üzvü yalnız o halda götürülür ki, o, həmin müəssisə, idarə və təşkilatda işləsin.Lakin vəfat edən şəxs istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində öldükdə isə, ailə üzvünün həmin müəssisədə, idarə və təşkilatda işləməsindən asılı olmayaraq, mənzil şəraitini yaxşılaşdırmaq üçün uçota götürülür. Uçotda olan ailə başçısını itirmiş ailələr onların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarıla bilməz.Qeyd edilən Nümunəvi Qaydalar qüvvədədir və mənzil şəraiti yaxşılaşdırmağa ehtiyacı olanlar növbədə varsa, bu mənzillər Qaydalara əsasən bölüşdürülür. Qeyd etdiyiniz halda I qrup əlil istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində vəfat etməmişsə, onda onun ailəsi mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların siyahısından çıxarılır.Mühasibat işi üzrə texnikumu bitirən milliyyətcə rus olan bir qadın müəssisədə əvvəl elektrik montyoru vəzifəsinə, sonra isə elektrik sahəsinə usta vəzifəsinə təyin edilib. Amma bir gün də olsun vəzifəsini yerinə yetirməyib, yalnız sənədləşmə işlərini aparıb. Hüquqi cəhətdən bu nə dərəcədə düzgündür? Vaqif TAĞIZADƏ,Bakı şəhəri.- Əmək Məcəlləsinin 16-cı maddəsinin (Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi) 1-ci hissəsinə əsasən, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, millətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır.Yuxarıda qeyd etdiyimiz amillərin heç biri üçün ayrı-seçkilik qoymadan işçi ilə əmək müqaviləsi bağlanarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilinin olması zəruri sayılan hallarda işəgötürənə təhsil haqqında müvafiq sənəd təqdim edilməlidir.Bəzi hallarda işçi əmək funksiyasını bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olur. Bu zaman əmək müqaviləsində işəgötürən işçinin əmək funksiyasını, yəni yerinə yetirməli olduğu işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş Vahid Tarif-İxtisas Sorğu Kitabçasında müvafiq əmək funksiyasının həcmi müəyyən edilmişdir. İşçi ilə bağlanan əmək müqaviləsində işçinin əmək funksiyasının həcmi ya qeyd olunan kitabçaya əsasən, ya da işəgötürən tərəfindən müəyyən edilərək təfsilatı ilə göstərilir. Qanunvericiliyə əsasən, əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsi, azaldılması və ya artırılması yolverilməzdir.İşəgötürən tərəfindən əmək müqaviləsi aşağıdakı əsaslarla ləğv edilə bilər:a) müəssisə ləğv edildikdə;b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə (ixtisar vaxtı ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Bu zaman peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir);c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan (attestasiya komissiyası) tərəfindən müvafiq qərar qəbul edildikdə (attestasiya komissiyası işçinin tutduğu vəzifəyə uyğun olması və ya uyğun olmaması haqqında qərar qəbul edir. Bu komissiya qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədəuyğunluğu barədə işəgötürənə tövsiyə edə bilər);ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya işçi tərəfindən qanunvericilikdə göstərilən hallarda (Əmək Məcəlləsi, maddə 72) əmək vəzifələri kobud şəkildə pozulduqda;d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.Bu halların hər hansı birində müəssisə rəhbəri, Əmək Məcəlləsinin 16-cı maddəsində qeyd edilən kimi, ayrı-seçkilik qoymadan öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verə bilər.Azərbaycan Respublikası Konstitusiyasına əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ var (maddə 26).Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.Hər kəs dövlət orqanlarının, siyası partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər (maddə 60).Məktubunuzda qeyd etdiyiniz şəxsin hüquqları işəgötürən tərəfindən pozularsa, məhkəməyə müraciət edə bilər.1956-cı il avqustun 15-dən Laçın Rayon Səhiyyə Şöbəsinin müdiri, 1959-cu il aprelin 1-dən Laçın Rayon Sanitar Xəstəxana Birliyinin baş həkimi, 1966-cı il mayın 18-dən 1977-ci il martın 22-nə kimi Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifələrində işləmişəm.İşlədiyim vəzifələrə görə, mənə dövlət qulluqçusu kimi pensiya təyin oluna bilərmi? Məlumat üçün deyimi ki, Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami Rayon Şöbəsi bu barədə müraciətimi təmin etməmişdir. Qurban QURBANOV,Gəncə şəhəri.- \ Əmək pensiyaları haqqında\ qanunun 34-cü maddəsinə uyğun olaraq əmək pensiyaçısının, yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Siz də bu hüquqdan istifadə edərək DSMF-in Gəncə şəhər Nizami Rayon Şöbəsinə müraciət etmisiniz. Lakin həmin şöbə haqlı olaraq müraciətinizi təmin etməmişdir.Belə ki, 2000-ci ildə \ Dövlət qulluğu haqqında\ qanun qəbul edildikdən sonra dövlət qulluqçularının pensiya təminatı məsələsi də həll edildi. Azərbaycan Respublikası Prezidenti 2005-ci il 01 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə \ Əmək pensiyaları haqqında\ Azərbaycan Respublikasının Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı\ nı təsdiq etdi. Həmin Siyahıda həm 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək mövcud olan Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) dövlət qulluğu vəzifələrinin adları, həm də 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin adları müəyyənləşdirildi. Mərkəzi xəstəxanaların baş həkimləri həmin Siyahıda göstərilməmiş, adıçəkilən Fərmana müxtəlif vaxtlarda edilən dəyişiklik və əlavələrdə də qeyd edilməmiş və mərkəzi xəstəxananın baş həkiminin vəzifəsi rayon səhiyyə şöbəsinin müdiri vəzifəsinə bərabər tutulmamışdır.Konstitusiyamızın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Siz DSMF-in Nizami Rayon Şöbəsinin vəzifəli şəxsinin cavabı ilə razı deyilsinizsə, həmin orqanın yuxarı qurumuna və ya rayon məhkəməsinə müraciət edə bilərsiniz.