Azərbayca...


Baxıldı : 210

Tarix : 2016-05-06 05:17:00


Azərbaycan əhalisinin 96,8 faizinin etibarını qazanıb Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal edilmiş digər rayonlarında aparılmış hərbi əməliyyatlar Prezident İlham Əliyevə və hökumətə böyük dəstək verən Azərbaycan xalqını daha sıx birləşdirdi.ABŞ-ın müstəqil qeyri-hökumət təşkilatı \ Arthur J. Finkelstein & Associates\ (AJF) tərəfindən keçirilən ictimai rəy sorğusunda 96,8 faiz respondent Azərbaycan Prezidentinə etibar etdiyini bildirib. Respondentlər dövlətimizin başçısının fəaliyyətini \ əla\ , yaxud \ yaxşı\ qiymətləndiriblər. 96,3 faiz respondent ölkə rəhbərliyinin Azərbaycanı erməni təcavüzkarlarından qoruduğunu söyləyib, Azərbaycan ordusunun cavabının səmərəliliyini \ əla\ və ya \ yaxşı\ kimi dəyərləndirib.Rəyi soruşulanların böyük əksəriyyəti qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik rayonlarının işğalı həm ölkənin, həm də ailələrin üzləşdiyi yeganə ən mühüm məsələdir. Əhalinin əksər hissəsi Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və işğal edilmiş digər rayonlarını Ermənistan təcavüzkarlarından azad etmək üçün istənilən və bütün, o cümlədən hərbi vasitələrdən istifadə etməyə hazırdır.Demək olar ki, hər zaman əhali ölkə ilə ailələrinin üzləşdiyi məsələlər arasında böyük fərq qoyur. Lakin hazırkı vəziyyətdə elə bir şərait yaranıb ki, 81,5 faiz respondent ölkənin, 53,6 faiz respondent isə ailələrinin üzləşdiyi bir nömrəli məsələnin Dağlıq Qarabağ problemi olduğunu deyir.Respondentlərin təxminən 100 faizi ölkəni Ermənistan işğalından qorumaq üçün bütün, o cümlədən hərbi vasitələrdən istifadəni dəstəkləyib.\ Azərbaycanın işğal edilmiş ərazilərində baş vermiş son hadisələr sizi Azərbaycana münasibətdə daha çox, yaxud daha az vətənpərvər etdi?\ sualına cavabda respondentlərin 97,3 faizi \ daha çox\ deyə cavab verib.Rəyi soruşulanların 84,4 faizi Prezidentin və Azərbaycan hökumətinin apardığı xarici siyasəti səmərəli hesab etdiyini bildirib.Dağlıq Qarabağ məsələsi insanların fikirlərinə açıq-aşkar hökmranlıq etdiyi, eləcə də insanların hökumətin işğal edilmiş ərazilərdə gördüyü işlərin arxasında birləşməsinə səbəb olduğu bir vaxtda, Azərbaycan xalqı iqtisadi islahatlar və sabit cəmiyyət qurmaq kimi bir sıra digər məsələlərlə bağlı hökumətə yüksək qiymət verir. Korrupsiya ilə mübarizəyə gəldikdə isə azərbaycanlıların əksəriyyəti bildirir ki, hökumət əla və ya yaxşı iş görüb, lakin hələ də irəliləyiş əldə oluna bilər.\ Ölkədə həyata keçirilən iqtisadi islahatların dünya iqtisadi böhranının Azərbaycana təsirinin azalmasına gətirib çıxaracağına inanırsınızmı?\ sualına respondentlərin 78,1 faizi \ bəli\ cavabını verib.Rəyi soruşulanların 91,4 faizi Azərbaycanda sosial sabitlik səviyyəsini yüksək qiymətləndirib.Sorğu aprelin 23-29-da \ Arthur J. Finkelstein & Associates\ tərəfindən səsvermə yaşına çatmış 1200 azərbaycanlı arasında aparılmış milli sorğuya əsaslanır. Sorğuda etibarlılıq: 95 faiz. Faizdə yanlışlıq: +/- 2.83 faiz.