Azərbaycan beynəlxalq muzeylər festivalında


Baxıldı : 250

Tarix : 2016-05-20 04:07:00


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Moskvada \ İntermuzey-2016\ beynəlxalq muzeylər festivalında iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, festivalda muzeyin təqdim etdiyi ekspozisiyada Azərbaycan milli musiqi alətlərindən başqa Azərbaycanın muğam, aşıq sənəti, tar ifaçılığı sənəti YUNESKO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin incisi elan edilməsini göstərən banner, XX əsrin əvvələrində başqa mədəniyyətlərlə, o cümlədən Rusiya və digər MDB ölkələri ilə mədəni əlaqələri əks etdirən çoxlu muzey materialları nümayiş etdirilib.Muzeyin Qədim Musiqi Alətləri Ansamblının üçlüyünün ifasında Azərbaycan musiqisi səslənib.Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə Rusiya Federasiyasının mədəniyyət naziri V.R.Medinskinin imzası ilə \ İntermuzey - 2016\ festivalında iştirakçı diplomu təqdim edilib. CAVİD