Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,millət vəkili cənab Səttar Mehbalıyevə


Baxıldı : 740

Tarix : 2015-01-17 12:52:00


Hörmətli Səttar müəllim!Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri kimi hər zaman fəaliyyətinizdə gənclərə xüsusi önəm vermiş və onların hərtərəfli inkişafı üçün böyük işlər görmüsünüz. Məhz Sizin sayənizdə bu gün ölkəmizin bir çox idarə və müəssisələrində fəaliyyətdə olan həmkarlar ittifaqı komitələri sərbəst, azad şəkildə təşəbbüs və arzularını reallaşdıra bilirlər. Bu təşkilatlardan biri də Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsidir. Biz komitə üzvləri tələbələr arasında həmkarlar ittifaqının nüfuzunun qorunması, daha da güclənməsi üçün əlimizdən gələni etməyə çalışmışıq. Sizin birbaşa dəstəyiniz sayəsində istədiyimiz nəticəyə nail olmuşuq.Hörmətli Səttar müəllim!Biz Sizi hər zaman tələbələrin dostu və gənclərin qayğısına qalan, onların problemləri ilə maraqlanan lider kimi tanımışıq. Bir neçə gün öncə tərəfinizdən bizim komitənin sədri Daşqın Qənbərovu AHİK-in \ Həmkarlar ittifaqında xidmətə görə\ medalı, 20 nəfərdən çox Hİ fəalının Fəxri fərmanlarla təltif olunması bunun bariz nümunəsidir. Sədr və fəallarımızın mükafatlara layiq görülməsi komitəmizin hər zaman diqqətdə olduğunun və gördüyü işlərin dəyərləndirildiyinin göstəricisidir. Bu mükafatların, biz tələbələrin müqəddəs elm məbədi Bakı Dövlət Universitetinin 95 illik yubileyi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində verilməsi sevincimiz üzərinə sevinc qatmış oldu.Hörmətli Səttar müəllim!Bizi dəyərləndirdiyiniz üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və şəxsən Sizə minnətdarlığımızı bildiririk!Dərin hörmət və ehtiramla: Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin ilk təşkilat sədrləri