Azərbaycan əhalisinin 78,8 faizi Prezident İlham Əliyevin fəaliyyətindən çox razıdır


Baxıldı : 670

Tarix : 2016-11-23 16:09:18


Fransanın \ Opinionway\ araşdırma şirkəti Azərbaycanda ictimai rəy sorğusu keçirib. Sorğu Milli Məclisə seçkilər ərəfəsində aparılıb və 1200 respondentin müxtəlif məsələlər barəsində söylədiyi cavablara əsaslanıb. Ölkənin yetkinlik yaşına çatmış, qeydiyyatı olan əhalisi arasında aparılan sorğuda iştirak edən respondentlərin 58 faizi hazırda Azərbaycanda işlərin düzgün istiqamətdə aparıldığını qeyd edib. \ Son illər Azərbaycan iqtisadiyyatının vəziyyəti necə dəyişməkdədir?\ sualına respondentlərin 54,1 faizi \ yaxşılaşır\ cavabını verib.\ Müxtəlif sahələrin hazırkı vəziyyətindən siz nə qədər razısınız?\ sualına cavab olaraq respondentlərin 71,4 faizi \ milli təhlükəsizliyin təmin olunmasından\ , 68,4 faizi \ cinayətkarlıqla mübarizənin\ vəziyyətindən, 69,8 faizi insan hüquqlarının qorunmasından, 48,8 faizi təhsilin inkişaf səviyyəsindən, 71,2 faizi korrupsiya ilə mübarizədən, 51,8 faizi isə iş əldə etmək imkanlarından \ çox razı\ olduğunu söyləyib. Respondentlərin 50, 8 faizi təşkilatçıların \ Azərbaycan Respublikasında siyasi sistemin fəaliyyətindən nə dərəcədə razısınız?\ sualına çox razıyam, 78,8 faizi isə \ Prezident İlham Əliyevin dövlət başçısı kimi öz vəzifələrinin icrası sizi nə dərəcədə qane edir?\ sualına məhz \ çox qane edir\ deyə cavab veriblər. Rəyi soruşulanların 66,5 faizi hazırda Azərbaycanın ən vacib probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu bildirib.\ Noyabrın 1-də keçiriləcək parlament seçkiləri ərəfəsində aparılan seçki kampaniyası sizin üçün nə dərəcədə maraqlıdır?\ sualına respondentlərin cavabları \ çox maraqlıdır\ (41,2 faiz) olub. Sorğuya qatılan respondentlərin 63 faizi 1 noyabr seçkilərində mütləq iştirak edəcəklərini, 12 faizi - ola bilsin ki, iştirak edəcəyini bildirib. \ Yaşadığınız seçki dairəsindən seçilmiş deputatın vəzifələrinin icrası sizi nə dərəcədə qane edir?\ sualına respondentlərin 39,6 faizi \ tam qane edir\ , 33,8 faizi isə \ qismən qane edir\ cavabını verib. \ Milli Məclisə keçiriləcək seçkilərdə hansı siyasi qüvvənin namizədini dəstəkləmək fıkrindəsiniz?\ sualına respondentlərin 71,7 faizi \ iqtidar və ya iqtidaryönümlü partiyanın namizədini\ , 6 faizi \ müxalifət partiyasının namizədini\ , 16,4 faizi bitərəf namizədləri dəstəkləyəciyini deyib, 5,9 faizi isə cavab verməkdə çətinlik çəkib.Respondentlərin 71 faizi Milli Məclisə keçirilən son seçkilərdən sonrakı dövrə baxaraq eyni deputatın, 22,3 faizi isə başqa bir deputatın seçilməsini istədiyini bildirib. \ Sizin əsas məlumat mənbəyiniz hansılardır?\ sualının cavabları da maraqlı olub: \ İqtidaryönlü qəzetlər\ - 31,1 faiz, \ Müxalifətyönlü qəzetlər\ - 11 faiz, \ Müstəqil qəzetlər\ - 28,4 faiz, Azərbaycan Televiziyası (AzTV) - 41 faiz, İctimai kanal - 38,3 faiz, özəl televiziya kanalları - 67,9 faiz, dövlət radio dalğaları - 17,4 faiz, özəl radiolar - 9,5 faiz, internet - 35,8 faiz, müxtəlif insanlar - 24,4 faiz.