Azərbaycan MDB-də 3-cüdür


Baxıldı : 199

Tarix : 2016-04-30 06:38:00


\ Moody\'s\ beynəlxalq reytinq agentliyi MDB ölkələrində elektron ödənişlərin vəziyyəti ilə bağlı açıqlamasında bildirib ki, son 5 ildə bu region dövlətləri sırasında Rusiya, Qazaxıstan və Azərbaycan vətəndaşları daha çox plastik kartlarla alış-veriş edir. Təşkilatın apardığı tədqiqatların yekununa əsasən, 2011-ci ildən 2015-ci ilədək qeyd olunan 3 ölkədə bir neçə milyard dollarlıq kart əməliyyatları aparılıb ki, onun da 20 faizi Azərbaycanın payına düşüb. Ölkəmizdə bu illər ərzində nağdsız ödəniş sistemlərindən istifadənin genişlənməsi ölkə iqtisadiyyatının ticarət və xidmət şəbəkələrinin infrastrukturunun da yenidən qurulmasına səbəb olub. \ Moody\'s\ bildirib ki, plastik kartlardan istifadənin artması hər il 1130 yeni iş yerinin açılmasına imkan verib. Eyni zamanda nağdsız ödənişlər istehlak xərclərinin 0,06% artmasına səbəb olub. Bütün bunlara baxmayaraq, təşkilat plastik kart şəbəkəsindən istifadə dinamikasının hələ də yetərli səviyyədə olmadığını bildirir. Qeyd olunduğuna görə, bunun əsas səbəblərindən biri kimi insanlarda ödəniş sistemləri ilə bağlı məlumatların az olmasıdır. MDB məkanında kart bazarı ilə bağlı vəziyyətin təhlili göstərir ki, insanların nağdsız hesablaşmalar, ödəniş kartları barədə bilikləri hələ istənilən səviyyəyə çatmayıb. ELBRUS