Azərbaycanın 2016-cı il dövlət büdcəsi təsdiqlənib


Baxıldı : 250

Tarix : 2015-12-12 07:14:00


Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsini təsdiqləyib.2016-cı il dövlət büdcəsinin gəlirləri 14 566 000,0 min manat, xərcləri 16 264 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 13 799 654,5 min manat, yerli gəlirləri 766 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 14 722 749,0 min manat, yerli xərcləri 1 541 251,0 min manat) məbləğində təsdiq edilib.Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1698 000,0 min manat, icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 19 956 524,8 min manat məbləğində müəyyənləşdirilib.Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2016-cı il icmal büdcəsinin kəsiri 9 947 954,7 min manat məbləğində müəyyən olunub.2016-cı il üçün yaşayış minimumu müəyyənləşdiPrezident İlham Əliyev Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında qanunu imzalayıb.Sənədə əsasən, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib. Gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşdiDövlət başçısı həmçinin 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında qanunu imzalayıb. Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.Birdəfəlik maddi yardım göstəriləcəkAzərbaycan Prezidentinin 2015-ci il 5 dekabr tarixli sərəncamının icrasını təmin etmək məqsədilə \ Günəşli\ yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının təkliflərini nəzərə alaraq, qəza nəticəsində həlak olanların və itkin düşənlərin hər birinin ailəsinə Azərbaycan Respublikasının 2015-ci il Dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 15 000 manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi haqqında Baş nazir Artur Rasi-zadə sərəncam imzalayıb.