Azərbaycanın mövqeyi 17 pillə yaxşılaşıb


Baxıldı : 324

Tarix : 2016-11-23 16:09:40


Dünya Bankının (DB) biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməsini özündə əks etdirən \ Doing Business 2016\ hesabatı dərc edilib. 189 ölkənin yer aldığı sənəddə Azərbaycanın mövqeyi əvvəlki hesabatla müqayisədə 17 pillə yaxşılaşıb və respublikamız 80-ci pillədən 63-cü pilləyə yüksəlib. Azərbaycan \ biznesə başlama\ göstəricisi üzrə 7-ci, \ əmlakın qeydiyyatı\ göstəricisi üzrə 22-ci, \ vergilərin ödənişi\ göstəricisi üzrə 34-cü, \ kiçik investorların maraqlarının qorunması\ göstəricisi üzrə 36-cı, \ müqavilələrin icrasının təmin edilməsi\ göstəricisi üzrə 40-cı yerdə qərarlaşıb. \ Biznesə başlama\ göstəricisi üzrə mövqeyini son bir ildə 5 pillə yaxşılaşdıran respublikamız ilk 10-luq ölkələri sırasında yer alıb. İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, hesabatda ölkəmizin mövqeyinin yüksəlməsinə əsas səbəb Azərbaycan Respublikası Prezidentinin \ Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında\ 3 mart 2014-cü il tarixli Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlakla bağlı qeydiyyatın notariuslar və əmlakın reyestri informasiya bazasının onlayn rejimində inteqrasiyası, digər sahələrdə qeydiyyat sisteminin elektronlaşdırılması, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə müvafiq dəyişikliklər sayəsində əldə edilib. Həmçinin \ Şəhərsalma və Tikinti Məcəlləsi\ nin qəbul edilməsi, tikintiyə icazələrin alınması sahəsində \ bir pəncərə\ prinsipinin tətbiqi, aidiyyəti şəxslərlə əqdlər bağlanılarkən prosedurların təkmilləşdirilməsi qeyd olunan göstəricilər üzrə ölkəmizin mövqeyinin yaxşılaşmasına səbəb olub.ELBRUS