Azərbaycanın proqnozu yüksəldi


Baxıldı : 253

Tarix : 2015-10-09 02:47:00


Beynəlxalq Valyuta Fondu (BVF) \ Dünya İqtisadi Proqnozları\ adlı yeni hesabatını açıqlayıb. Hesabatda qlobal iqtisadiyyatda geriləmə templəri öz əksini tapıb. Fond 2015-ci il üzrə artım gözləntisini 0, 2 bənd aşağı salaraq 3,1%-ə endirib. Qeyd olunduğuna görə, dünya iqtisadiyyatı hələ də zəifdir və gələn il də iqtisadi artım yavaş templə gedəcək. 2016-cı ildə dünya iqtisadiyyatında gözlənilən problemlər, avrozonada böhranın davam etməsi, bir sıra regionlarda neqativ meyillər şəraitində resessiyaların baş verməsi ümumi inkişafı ləngidəcək. Gələn il dünya iqtisadiyyatında gözlənilən artım 0,2 azalacaq və 3,8 %-dən 3.6%-ə enəcək. Azərbaycan iqtisadiyyatına dair bəzi proqnoz göstəricilərində də dəyişiklik edən Beynəlxalq Valyuta Fondu ölkəmizin 2015-ci il üzrə iqtisadi artım proqnozunu 3,4 faiz bəndi artırıb. Hesabatda qeyd olunur ki, BVF Azərbaycan iqtisadiyyatının 2015-ci ildə 4% artacağını gözləyir. Cari ildə ölkəmizdə inflyasiyanın 5% olacağı barədə gözləntiləri açıqlayan fond 2016-cı ildə isə istehlak qiymətləri indeksinin 4,2% təşkil edəcəyini proqnozlaşdırır. Fond Azərbaycanda işsizlik nisbətinin dəyişməyərək 6%-də qalacağını göstərir.ELBRUS