Azərbaycan pavilyonu mükafatla təltif olunub


Baxıldı : 309

Tarix : 2015-10-02 06:23:00


Azərbaycanın \ Milan Expo 2015\ ümumdünya sərgisindəki milli pavilyonu İtaliyanın Ətraf Mühit və Dəniz Ehtiyatlarının Mühafizəsi Nazirliyinin \ Towards a Sustainable Expo\ (\ Davamlı Ekspoya doğru\ ) proqramı çərçivəsində \ Dizayn və materiallar\ nominasiyası üzrə mükafatla təltif olunub.\ Milan Expo\ da keçirilən təltifolunma mərasimində İtaliyanın ətraf mühit və dəniz ehtiyatlarının mühafizəsi naziri Can Luka Qalletti, İtaliya hökumətinin \ Milan Expo\ dakı baş komissarı Cuzeppi Sala iştirak edib.Azərbaycan pavilyonunun tərtibatında günəş şüalarını azaldan şüşə, metal və taxta sistemlərinin innovativ qaydada işlənilməsinin ekoloji baxımdan əhəmiyyəti vurğulanıb və dizayn elementlərinin seçildiyi qeyd olunub.Xatırladaq ki, \ Milan Expo 2015\ ümumdünya sərgisi may ayının 1-dən fəaliyyət göstərir. Oktyabrın 31-dək davam edəcək sərgidə Azərbaycan milli pavilyonla təmsil olunur. Heydər Əliyev Fondunun dəstəyi inşa olunan və \ Milan Expo 2015\ in mövzusuna uyğun dizayn edilən milli pavilyon \ Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi\ adlanır. Azərbaycan pavilyonunun əsas özəlliyi həm də 3 biosferdə tərtib olunmasıdır. Bu biosferlərin hər birində müxtəlif mövzular təqdim edilir.CAVİD