Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktı hakimiyyət qolları arasında tarazlığın təmin olunmasına xidmət edir


Baxıldı : 192

Tarix : 2016-09-08 05:33:00


Azərbaycan Respublikasının Prezidenti tərəfindən \ Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında\ Azərbaycan Respublikasının Referendum Aktının layihəsində təklif olunan dəyişikliklər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Respublikası Konstitusiyasının ümumi müddəaları ilə ziddiyyət yaratmır və Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin tələblərinə uyğundur.Təklif edilən Referendum Aktında Azərbaycan Respublikasının Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi, eyni zamanda 6 maddənin əlavə edilməsi nəzərdə tutulur. Onları dörd qrupda birləşdirmək mümkündür:1) insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi;2) siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi;3) dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin imzalanması rejiminin təkmilləşdirilməsi;4) insan hüquq və azadlıqlarının qorunmasında bələdiyyələrin məsuliyyətinin artırılması.Həmin əlavələrdən biri, \ Azərbaycan Respublikası Milli Məclisinin buraxılması\ adlanan 981-ci maddə haqqında bir qədər ətraflı danışmaq istərdik. Təklif olunan maddənin məzmunu belədir: Maddə 981. Azərbaycan Respublikası Milli Məclisinin buraxılması Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır\ .Əgər məsələyə sadə yanaşsaq, burada diqqəti çəkən məqam funksional olaraq bölünmüş hakimiyyət qolları arasında paritetin qorunmasındadır. Məlumdur ki, müasir konstitusionalizmin ən ciddi problemlərindən biri məhz bölünmüş hakimiyyət qolları arasında balansın pozulmasıdır. Həm də bu balans əsasən icra hakimiyyətinin xeyrinə pozulmaqdadır. Bu da səbəbsiz deyildir. Çünki idarəetmə sahəsində əsas ağırlıq mərkəzi məhz icra hakimiyyətinin üzərinə düşür. Bununla belə, nəzərə alınmalıdır ki, kifayət qədər dövlət və ictimai nəzarətin olmadıgı hallarda hakimiyyət qollarından birinin səlahiyyətlərinin artması digərinin səlahiyyətlərinin azalması hesabına baş verə bilər ki, bunun da nəticələri o qədər də arzuedilən olmaya bilər. Düzdür, bunun qarşısının alınması üçün konstitusiyalar bir sıra mexanizmlər nəzərdə tuturlar ki, onlardan da ən kəsərlisi çəkindirmə və tarazlama prinsipinin konstitusiya səviyyəsində qəbul edilməsidir. Başqa sözlə, bu o anlama gəlir ki, ölkə Konstitusiyasının 7-ci maddəsində təsbit olundugu kimi, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Lakin bu müstəqillikdən sui-istifadənin qarşısının alınması üçün bütün hakimiyyət qollarının bir-birinə təsir vasitələri də müəyyən edilmişdir. Buraya Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 14-cü bəndi ilə müəyyən edilmiş qanunvericilik hakimiyyətini həyata keçirən Milli Məclisə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi səlahiyyətinin verilməsi, bu səlahiyyətin reallaşması üçün 2002-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında Konstitusiya Qanununun qəbul edilməsini də əlavə etsək, Azərbaycan Respublikasında heç də bir çoxlarının iddia etdikləri kimi super prezidentli respublika modeli tətbiq edilmədiyinin şahidi olarıq. Qeyd edilənlərə Konstitusiya ilə bir sıra hallarda Azərbaycan Respublikası Prezidentinin fərmanlarının Milli Məclis tərəfindən təsdiq edilməsi zərurətini, 2009-cu ildə Konstitusiyaya edilmiş dəyişikliyə uyğun olaraq dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin artıq Prezidentin özü tərəfindən deyil, təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi zərurətini də əlavə etsək, mənzərə nisbətən aydın olar. Onu da nəzərə almaq lazımdır ki, mövcud Konstitusiyanın 89-cu maddəsinə görə, Milli Məclisin Prezidenti vəzifəsindən kənarlaşdırmaq hüququ vardır. Amma Prezidentin parlamentlə bağlı belə səlahiyyəti yoxdur ki, bu da öz növbəsində qanunvericilik və icra hakimiyyətləri arasında zəruri olan balansın pozulması deməkdir. Amma indi, Konstitusiyaya edilmiş dəyişiklik təklifləri seçicilər tərəfindən dəstəklənəcəyi halda, dövlət başçısının parlamenti buraxmaq hüququ yaranacaqdır. Deyilənlə əlaqədar onu da qeyd etməyi zəruri bilirik ki, konstitusiya ilə müəyyən edilmiş səbəblərə görə Azərbaycan Respublikasının Prezidenti öz vəzifələrini icra edə bilmədikdə son nəticədə bu səlahiyyəti icra etməli şəxsin məhz Milli Məclis müəyyən edir ki, bu da qanunverici orqanın dövlət hakimiyyətinin ən mühüm tərkib hissələrindən biri olduğunu bir daha sübut edir.Bunun üçün konkret hallar və səbəblər də müəyyənləşir ki, yalnız onların mövcudluğu şəraitində dövlət hakimiyyətinin nizamlı və sabit fəaliyyətini təmin etmək məqsədilə Prezident Milli Məclisi vaxtından əvvəl buraxa bilər. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında\ Azərbaycan Respublikasının Referendum Aktının layihəsində müəyyən edilmiş belə halları 3 qrupda cəmləşdirmək olar:1. Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə. Burada məqsəd hökumətin normal fəaliyyətinə təminat verməkdir. 2. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə. Bu norma da mahiyyət etibarilə əvvəlkinə yaxındır. Fərq yalnız ondadır ki, əgər birinci norma icra hakimiyyətinin, konkret olaraq Prezidentin yuxarı icra orqanı olan Nazirlər Kabinetinin fəaliyyətinin təminatı rolunu yerinə yetirirsə, ikinci norma ilə məhkəmə hakimiyyətinin, eyni zamanda dövlətin bank-maliyyə sisteminin idarə olunmasının normal təminatı nəzərdə tutulur.3. Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə. Bu qrupda nəzərdə tutulan əsaslar ali nümayəndəli orqanın - Milli Məclisin özünün fəaliyyətinin təmin edilməsinə yönəlmişdir. 94 və 95-ci maddələr müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar və Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər adlanmaqla bir dövlətin ictimai-siyasi və sosial-iqtisadi həyatının istisnasız olaraq bütün sahələrini əhatə edir. Konstitusiyaya uyğun olaraq Milli Məclis bu sahələrin hamısına aid qanun, yaxud qərarlar qəbul edir. 96-cı maddənin II, III, IV və V hissələrində Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələrinə baxılma və onların qəbul edilmə qaydaları təsbit olunur. Konstitusiyanın 97-ci maddəsi Milli Məclis tərəfindən qəbul edilmiş qanunların, o cümlədən təcili elan olunan qanun layihələrinin Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilmə müddətini müəyyən edir.Bu isə ölkəmizin öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə tamamilə uyğun olmaqla bərabər, həm də ölkə Konstitusiyasının 7-ci maddəsinin tələblərinə uyğundur: Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.Fəxrəddin NAĞIYEV,Azərbaycan Respublikası Prezidenti yanında Bilik” Fondunun Koordinasiya Şurasının üzvü, hüquq üzrə fəlsəfə doktoru, dosent