Azərbaycanda bizneslə bağlı Ağ Kitab\ hazırlanır


Baxıldı : 182

Tarix : 2016-04-15 04:29:00


Azərbaycandakı Amerika Ticarət Palatası (\ AmCham\ ) lisenziyalaşdırlma sahəsində fəaliyyət növlərinin azaldılması, sahibkarların hüquqlarının qorunmasına xidmət edən qanunların qəbul olunması, xidmətlərin elektronlaşdırılması kimi mühüm addımları müsbət qarşılayıb. Palatanın birinci vitse-prezidenti Teybə Quliyeva bildirib ki, dövlətin özəl biznesin inkişafına xidmət edən müxtəlif təşviqedici addımları daxili istehsalın artması, sahibkarlara kredit resurslarına asan çıxışı, onların maraqlarının müdafiəsi baxımından əhəmiyyətlidir. T.Quliyeva qeyd edib ki, palata \ Ağ Kitab\ adlanan sənəd hazırlayır. Vergi, gömrük, sığorta, maliyyə, bank işi və iqtisadiyyatın digər sahələrini əhatə edən sənəddə xarici və yerli şirkətlərlə əməkdaşlığın yeni istiqamətləri, biznes mühitinin təkmilləşdirilməsi və qarşıdakı dövrdə fəaliyyətin digər hədəflərini əks etdirir. Sənəddə Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üzrə ictimaiyyətin təklif və tövsiyələri nəzərə alınıb. Qarşıdakı dövrdə kiçik və orta sahibkarlığa güzəştli kreditlərin verilməsini stimullaşdırmaq, bu sahəyə xarici investorları cəlb etmək niyyətindədir. Azərbaycanın müvafiq iqtisadi qurumları ilə birgə əməkdaşlıq çərçivəsində müştərilərlə maliyyə institutları arasında dialoqun yaradılması, ölkədə mikro, kiçik və korporativ sektorlarda kreditləşməyə marağın artması xüsusi diqqət mərkəzində olacaq. Əməkdaşlığa uyğun olaraq özəl müəssisələrin inkişaf etdirilməsinə yardım mexanizminin təkmilləşdirilməsi, xüsusilə də kiçik və orta sahibkarlıq sektorunun maliyyə mənbələrinə çıxış imkanlarının artırılması nəzərdə tutulur.ELBRUS