Azərbaycanda insan inkişafı yüksək səviyyədədir


Baxıldı : 288

Tarix : 2015-12-19 05:28:00


Birləşmiş Millətlər Təşkilatı 2015-ci ilə dair \ İnsan inkişafı hesabatı\ nı açıqlayıb. Hesabatda dünya ölkələrinin iqtisadi inkişaf və sosial göstəriciləri, vətəndaşlarının həyat səviyyəsi, yaşayış imkanları, sosial müdafiəsi, səhiyyə və digər tibbi xidmətlər üzrə göstəricilər, elm, təhsil, mədəniyyət, idman sahəsində vəziyyət, ekoloji mühit, ictimai sabitlik və digər sahələr üzrə araşdırmaların nəticəsində ümumi qiymətləndirmə meyarı müəyyən olunub. Azərbaycan insan inkişafı indeksinə görə dünya dövlətləri reytinqində 78-ci yeri tutub. Respublikamız insan inkişafının yüksək səviyyədə olduğu ölkələr qrupuna daxil edilib. Məruzəyə əsasən, ÜDM-in artımı, insanların gəlir əldə etmək imkanlarının yaxşılaşması, məşğulluğun artırılıması, yoxsulluğun səviyyəsinin azaldılması, vətəndaşların sosial rifah halının yüksəlməsi, onların keyfiyyətli təhsil, səhiyyə və sosial infrastruktur xidmətləri ilə əhatə olunması baxımından mühüm nailiyyətlərə nail olub. Bu illər ərzində insanların həyat şəraiti yaxşılaşıb, adambaşına düşən milli gəlir artıb. Təhsil alan hər nəfərə düşən xərclər bir neçə dəfə yüksəlib. Hazırda respublikamızda yaşı 25-dən yuxarı olan kişilərin 95,7 faizi, qadınların isə 90 faizi ən azı orta təhsilə malikdir. Ölkədə əhalinin savadlılıq səviyyəsi 99,8 faiz təşkil edir. Vətəndaşların informasiya-kommunikasiya texnologiyalarından istifadəsində səmərəlilik 5-7 dəfə artıb. Qeyd olunan dövr ərzində ölkəmizdə doğulan insanların ömür uzunluğu da artıb.ELBRUS