Azadlıq istəyimizin...


Baxıldı : 126

Tarix : 2015-01-24 04:59:00


qarşısını ala bilmədilər20 Yanvar faciəsinin 25-ci ildönümü Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində də ürəkağrısı və qürur hissi ilə qeyd olunmuşdur. Komitənin Respublika Elmi-Texniki Kitabxanasında bu münasibətlə təşkil olunmuş yığıncağa toplaşanların böyük əksəriyyəti həm də o günlərin ağrılarını qəlblərində gəzdirən insanlar idi. Yığıncağı kitabxananın direktoru A.Orucova açdı. Tariximizin o qanlı səhifəsi haqqında geniş məlumat verdi. \ Biz torpaqlarımızın bütövlüyü, millətimizin azadlığı uğrunda dinc mübarizəyə qalxmışdıq, - dedi. Bu, imperiyanı qane etmirdi. Üstümüzə silahla gəldi. Çox sayda Vətən övladını fiziki cəhətdən məhv etdi. Amma ruhumuza hopmuş azadlıq istəyinin qarşısını ala bilmədi”.A.Orucova imperiya rəhbərlərinin qeyri-qanuni qərarlarından, sovet ordusunun vəhşiliyindən konkret faktlarla söz açdı. Azərbaycanın qeyrətli oğullarının məqamında qaldırdığı etiraz səsinin dünya ictimaiyyətinin əsl həqiqəti eşitməsində əhəmiyyətli rol oynadığını xüsusi qeyd etdi. Bildirdi ki, dövlətimizin, eləcə də Azərbaycan Həmkarlar İttifaqları 20 Yanvar şəhidlərinin ruhunu həmişə uca tutub. Onların ailələrini diqqətdə saxlayır, ehtiyaclarının ödənilməsinə çalışır.Digər çıxışlar da dinlənildi. Çıxışlarda bu tədbirin təşkilinə görə Komitə Həmkarlar İttifaqı Komitəsinə və onun sədri Fikrət Qasımova da minnətdarlıq bildirildi.Tədbir ədəbi kompozisiya ilə davam etdirildi. İştirakçılar zalda nümayiş etdirilən kitab və foto sərgiləri ilə tanış oldular.B.RZAYEV