Azadlıq, bərabərlik və məhsuldar  əmək imkanı


Baxıldı : 37

Tarix : 2019-10-28 11:12:31


Sabirabadda Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Layiqli Əmək uğrunda Fəaliyyət Günü”nə həsr olunmuş seminar keçirilmişdir.

Seminarda Respublika Komitəsinin baş texniki əmək müfəttişi Mübariz Verdiyev və AHİK-in əməyin aparıcı texniki müfəttişi Nadir Muradov, etimadlı həkimi Söhrab Mansurov çıxış edərək əlamətdar günün tarixindən, əhəmiyyətindən, məqsədlərindən və həmkarlar ittifaqı təşkilatlarının bu sahədə həyata keçirdiyi tədbirlərdən danışmışlar.

AHİK-in Əməyin hüquq müfəttişi Sevil Zeynalova çıxışında layiqli əməyi azadlıq, bərabərlik, təhlükəsizliyin təmin olunması, məhsuldar əməyin əldə edilməsi imkanı adlandırdı. Bildirdi ki, ölkəmizdə əməyin mühafizəsinin başlıca prinsipi işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətindən üstün tutulmasıdır.

Qeyri-formal iqtisadiyyatda çalışan işçilərdə isə belə üstünlük mövcud deyil, onlar sosial müdafiədən tamamilə məhrumdurlar, - dedi.

“Biz niyə əmək müqaviləsi bağlamaqla əmək münasibəti yaratmaqdan danışırıq” sualına aydınlıq gətirdi: Ona görə ki, əmək müqaviləsində işçinin konkret iş yeri, vəzifəsi, əmək müqaviləsinin, əmək məzuniyyətinin müddəti, işçinin əmək funksiyası, əmək şəraitinin şərtləri, iş və istirahət vaxtı, əməkhaqqı və ona əlavələr, əməyin mühafizəsi, sosial və sığorta olunması, tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri və sair göstərilir.

Bütün bunlar haqqında həmkarlar ittifaqı üzvləri məlumatlandırılmalı və maarifləndirilməlidirlər. Məlumat üçün deyim ki, AHİK-in bu baxımdan yaxşı təcrübəsi var. İttifaq üzvlərinin müraciətləri ya birbaşa, ya da “Ülfət” qəzeti vasitəsilə cavablandırılır. Konstitusiya Məhkəməsinin, Əmək Məcəlləsinin müvafiq maddələri şərh edilir.

Seminar sual-cavabla başa çatdı.