Azərbaycan BƏT-in daha bir konvensiyasını ratifikasiya etmək üçün milli məsləhətləşmələrə başlayıb


Baxıldı : 48

Tarix : 2019-03-07 05:36:14


BMT-nin ixtisaslaşmış qurumlarından olan Beynəlxalq Əmək Təşkilatı bu il 100 illik yubileyini qeyd edir. Bununla əlaqədar Təşkilat 187 üzv ölkəsi üçün “Hər ölkəyə bir Konvensiya” təşəbbüsü ilə çıxış edib. Azərbaycan da BƏT-lə geniş əməkdaşlıq gündəliyinə malik ölkə kimi bu təşəbbüs çərçivəsində BƏT-in 155 saylı Konvensiyasının ratifikasiya edilməsi ilə bağlı milli üçtərəfli məsləhətləşmələrə başlayıb.

Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli qeyd olunan Konvensiyanın ratifikasiya olunması imkanlarının müzakirəsi ilə bağlı keçirilən görüşdə bildirib.

Deyib ki, həmin konvensiyanın müəyyən edilməsi, həmçinin əməyin təhlükəsizliyi və sağlamlığının vacibliyinin cəmiyyətə çatdırılması zərurətindən irəli gəlir. Yaxın vaxtlarda Azərbaycanda yaradılacaq Əməyin Mühafizəsi Fondu da əməyin mühafizəsi tədbirlərinə sistemli şəkildə maddi-texniki dəstək verilməsi məqsədinə xidmət edəcək.

İclasda AHİK-in əməyin mühafizəsi şöbəsinin müdiri Vladimir Arqutkin, müavini Əli Mədətov, hüquq şöbəsinin əməyin hüquq müfəttişi Ruslan Bağırov çıxış edərək sözügedən  Konvensiyanın ratifikasiyası ilə bağlı təmsil etdikləri qurumun görəcəyi tədbirlərdən danışıblar.