Azərbaycan birinciliyinin qalibi


Baxıldı : 49

Tarix : 2019-03-07 05:28:44


Bakı İdman Sarayında keçirilən cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyi başa çatıb. Yarışda 51 klubu təmsil edən 276 cüdoçu müxtəlif çəki dərəcələrində qalibi müəyyən etməyə çalışıb.

Ölkə birinciliyində iştirak edən “Atilla” İdman Klubunun yetirmələri də uğurla çıxış ediblər. Gənc qızlar arasında Şəfəq Həmidova (48 kq.), oğlanların mübarizəsində isə Paşa Əliyev (73 kq.) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adına layiq görülüblər. Bundan əlavə klubun digər cüdoçuları da müvəffəqiyyətlə çıxış edərək müxtəlif əyarlı medallara sahib olublar.

Məhz buna görə komanda hesabında birinci yeri “Atilla” İdman Klubunun təmsilçiləri tutublar. İkinci və üçüncü yerlərdə “Neftçi” və “Judo Club 2012” idman klublarının komandaları qərarlaşıblar.

Birinciliyin qalib və mükafatçılarına diplom, kubok və hədiyyələr təqdim edilib.