Azərbaycan dünyanın ən yaxşı ölkələrinin reytinqində beş pillə irəliləyib


Baxıldı : 455

Tarix : 2018-01-26 20:12:27


ABŞ-ın “U.S. News & World Report” jurnalı 2018-ci il üçün “Dünyanın ən yaxşı ölkələri”nin siyahısını dərc edib.

Azərbaycan reytinqdə 5 pillə irəliləyib. Ölkəmiz reytinq cədvəlində 2017-ci ildəki 69-cu yerdən 64-cü yerə yüksəlib.

Cədvəldə liderlər, demək olar, dəyişməyib: ilk beş yeri İsveçrə, Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya tutub.

Reytinq ekspertlərin 36 ölkədən 21 min nəfər arasında keçirdikləri sorğunun nəticələri əsasında tərtib olunub. Ölkələr turizm baxımından cəlbediciliyi, təbiətinin gözəlliyi, siyasi nüfuzu, təhsilin səviyyəsi və digər amillər üzrə qiymətləndirilib.