Azərbaycan ədliyyəsinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər


Baxıldı : 117

Tarix : 2019-01-07 05:35:00


2018-ci ildə Azərbaycan ədliyyəsinin 100 illiyi ilə əlaqədar Ədliyyə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin xətti ilə silsilə tədbirlər təşkil olunaraq ədliyyə veteranlarına, uşaq evlərinə baş çəkilib, ədliyyə işçilərinə bayram sovqatları, mükafatlar verilib, maddi yardımlar edilib. Həmçinin kütləvi idman yarışları - futbol, şahmat, intellektual oyunlar, veloyürüş, könüllü qanvermə və ağacəkmə aksiyaları keçirilib.  ***  Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən ədliyyə işçiləri arasında təşkil olunan və geniş auditoriya tərəfindən maraqla izlənən ənənəvi şahmat turnirinin qaliblərinə fəxri fərman və pul mükafatı təqdim edilib.  ***  Noyabrın 10-da ədliyyə orqanları tarixində ilk dəfə olaraq müxtəlif xidmət sahələrini təmsil edən 6 nəfərlik heyətdən ibarət 10 komanda arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.  ***  27 oktyabr - 17 noyabr tarixlərində Bakı Tennis Akademiyasında Ədliyyə Nazirliyinin struktur qurumlarının və məhkəmələrin əməkdaşları arasında futzal üzrə yarışı təşkil olunub. Turnirin sonunda  qaliblərə kubok, ilk üç yeri tutan komandalara medallar, ən yaxşı oyunçular və ən sərrast bombardirə diplomlar verilib.  ***  Bakıda Ədliyyə Nazirliyinin əməkdaşlarından ibarət həvəskar velosipedçilərin iştirakı ilə nazirliyin Penitensiar Xidmətinin inzibati binasının önündən start götürən veloyürüş paytaxtın Zığ şosesi boyunca davam edib. Yürüşə qatılan velosipedçilər 25 kilometr məsafə qət ediblər.  ***  Nazirliyin, o cümlədən Penitensiar Xidmət rəhbərliyinin və məsul şəxslərinin, ədliyyə işçilərinin, Birləşmiş Həmkarlar İttifaqı Komitəsi üzvlərinin iştirak etdiyi ağacəkmə aksiyasında 6 hektar ərazidə üç mindən çox müxtəlif növ ağac əkilib, təmizlik və abadlıq işləri aparılıb.  ***  Hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusilə uşaqlara köməklik məqsədilə Ədliyyə Nazirliyində Birləşmiş Həmkarlar İttifaqı Komitəsi ilə birgə, həmçinin struktur qurumlarda, yerli və regional ədliyyə idarələri tərəfindən könüllü qanvermə aksiyaları təşkil olunub.  ***  Noyabrın 15-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının Ədliyyə Nazirliyində təşkil etdiyi aksiyada həkimlər tərəfindən nazirliyin əməkdaşlarına tibbi-oftalmoloji xidmət göstərilib.