Azərbaycan ən təhlükəsiz ölkələr sırasında


Baxıldı : 245

Tarix : 2018-12-07 22:51:17


Təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində görülən işlər bu gün Azərbaycanı dünya üçün ən cəlbedici ölkələrdən birinə çevirib.

İqtisadiyyat və Sülh İnstitutu (The Institute for Economics and Peace) “Qlobal terrorizm indeksi” adlı məruzə hazırlayıb.

Azərbaycan yeni reytinq cədvəlində mövqeyini 3 pillə yaxşılaşdıraraq 95-ci pillədən 98-ci yerə yüksəlib.

Məruzədə ilk yerləri terror təhlükəsi ən yüksək olan, son pillələri isə ən təhlükəsiz ölkələr tutur.

Azərbaycanın 138 ölkə arasında 98-ci pillədə qərarlaşması faktiki olaraq ölkədə terror təhlükəsinin olmadığını təsdiq edir. Bu göstərici ilə Azərbaycan regionda lider mövqeyini qoruyur. Reytinq cədvəlində Rusiya 34-cü, Ermənistan 83-cü, Gürcüstan 89-cu pillədə qərarlaşıb.