Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Səttar Möhbalıyevə


Baxıldı : 105

Tarix : 2018-12-24 08:46:13


 

Hörmətli Səttar müəllim!

Sizin yenidən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilməyiniz gözlənilən idi. Çünki Siz dünya həmkarlar ittifaqları hərəkatına çox dəyərli töhfələr verən liderlərdənsiniz. Sizi öz adımdan  və kollektivimiz adından təbrik edir, bu şərəfli işinizdə növbəti uğurlar diləyirik.

 

Hörmətlə,

Əbil AĞASIYEV,

Azərbaycan Həmkarlar İttifaqlarının

“Kurort” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

***

Hörmətli Səttar müəllim!

Sizin sayənizdə Azərbaycan həmkarlar ittifaqları artıq dünya miqyasında tanınmaqla yanaşı, həm də  aparıcı qüvvəyə çevrilməkdədir.

Sizi Kopenhagen şəhərində keçirilən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında yenidən  vitse-prezident seçilməyiniz münasibətilə təbrik edirəm, Sizə cansağlığı və fəaliyyətinizdə bol-bol uğurlar arzulayıram.

Hörmətlə,

Fəzail BAĞIROV,

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı

Respublika Komitəsinin sədri   

***

Hörmətli Səttar müəllim!

Sizi Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilmiş Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının  IV qurultayında yenidən vitse-prezident seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bir çox nüfuzlu qurumların üzvü kimi dünyanı düşündürən, narahatlığına səbəb olan problemlərin həllində iştirak edirsiniz. Sizə bu  çətin, məsuliyyətli, lakin şərəfli işinizdə uğurlar diləyirəm.

   

Hörmətlə,

Telman HACIYEV,

Yerli Sənaye və Kommunal Məişət

Müəssisələri İşçilərinin Həmkarlar

İttifaqı Respublika Komitəsinin sədri

***

Hörmətli Səttar Suliddin oğlu!

Kolle

ktivimiz Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında yenidən vitse-prezident seçilməyiniz xəbərini böyük sevinclə qarşıladı.

Bu müasibətlə Sizi səmimi-qəlbdən təbrik edirik. Sizə cansağlığı və işlərinizdə xalqımızın rifahı, həmkarlar ittifaqı hərəkatının inkişafı naminə uğurlar arzulayırıq.

Hörmətlə,

Əli HÜMBƏTOV,

Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri

***

Hörmətli Səttar müəllim!

Sizi yenidən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Beynəlxalq təşkilatda Sizə göstərilən böyük etimad fədakar əməyiniz və yüksək peşəkarlığınıza verilən qiymətdir.

Ümidvarıq ki, Siz bundan sonra da işçilərin sosial, əmək hüquqlarının qorunmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə öz layiqli töhfələrinizi verəcəksiniz. Sizə uzun ömür, möhkəm cansağlığı və işlərinizdə yeni-yeni uğurlar diləyirəm.

  Hörmətlə,

Səməd ALLAHVERDİYEV,

Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı

Respublika Komitəsinin sədri

***

Hörmətli Səttar Möhbalıyev!

Sizi, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında bu quruma yenidən vitse-prezident seçilməyiniz münasibətilə təbrik edirəm.

Belə bir beynəlxalq quruma yüksək vəzifəyə seçilməyiniz beynəlxalq ictimaiyyətin gündən-günə çiçəklənən və uğurla inkişaf edən müstəqil Azərbaycan Respublikasına olan etimadının təzahürüdür.

Sizə bu məsul vəzifənizdə uğurlar arzulayıram.

Hörmətlə,

Umud HÜSEYNOV,

“İnşaat-İş” Həmkarlar İttifaqı

Respublika Komitəsinin sədri

***

Hörmətli Səttar müəllim!

Sizi birliyimizin çox saylı üzvləri adından yenidən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilməyiniz münasibətilə təbrik edirik.

Sizə uzun ömür, möhkəm cansağlığı, doğma Azərbaycanın inkişafı və işçilərin rifah halının yüksəldilməsi sahəsindəki fədakar fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Arif MƏRDANOV,

Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri

***

Hörmətli Səttar müəllim!

Sizi sahə həmkarlar ittifaqının çoxminli üzvləri və şəxsən öz adımdan yenidən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm.

Sizə möhkəm cansağlığı, bu çətin və şərəfli işinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Hüseyn QARAŞOV,

Azərbaycan Əmək və Sosial

Münasibətlər Akademiyasının rektoru

***

Hörmətli Səttar müəllim!

    Sizin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilməyiniz  böyük qələbədir və  ümumilikdə ölkəmizin, dövlət və dövlətçiliyimizin inkşafı, Azərbaycanın beynəlxalq aləmdə imkanlarının genişləndirilməsi baxımından qürur duyulası bir hadisədir.

Sizə cansağlığı və dünya həmkarlar ittifaqı hərəkatında ölkəmizi layiqincə təmsil etmək kimi məsuliyyətli işinizdə Sizə uğurlar diləyirik.

Hörmətlə,

Səfər İBRAHİMOV,

Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri 

Azərbaycan Həmkarlar

İttifaqları Konfederasiyasının

sədri, millət vəkili

Səttar Möhbalıyevə

Hörmətli Səttar müəllim!

Sizi növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik.  Azərbaycanda və dünyanın bir çox inkişaf etmiş ölkələrində apardığınız düzgün siyasəti biz də dəstəkləyirik.

Əminik ki, həmkarlar ittifaqında və ali qanunvericilik orqanlarında fəaliyyətiniz əməkçi insanların sosial rifahının daha da yüksəldilməsinə xidmət edəcəkdir.

Sizə cansağlığı, uzun ömür və fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Nadir ƏLİYEV,

Azərbaycan Həmkarlar İttifaqları

İdman Təşkilatları İctimai Birliyinin sədri

***

Hörmətli Səttar müəllim!

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilmiş IV qurultayında bu qurumun vitse-prezidenti seçilməyinizi böyük sevinc hissi ilə qarşıladıq. Bu o deməkdir ki, dünya miqyasında həmkarlar ittifaqları hərəkatına Sizin timsalınızda Azərbaycan həmkarlar ittifaqının təsir gücü qat-qat artdı.

Sizi BHİK-ə yenidən vitse-prezident seçilməyiniz münasibətilə təbrik edirik, Sizə cansağlığı və uzun ömür arzulayırıq.

Hörmətlə,

Vaqif ÖMƏROV,

 “Azərikimya” İstehsalat Birliyinin HİK sədri

 ***

Hörmətli Səttar müəllim!

Sizi sıralarında 178 milyon üzvü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında vitse-prezident seçilməyiniz münasibətilə təbrik edirik. Bu quruma yenidən yüksək vəzifəyə seçilməyiniz bizi çox qürurlandırdı və işlərimizdə daha fəal olmağa stimul yaratdı.

Hörmətlə,

Flora PƏNAHOVA,

TİAHİ Tovuz Rayon Komitəsinin sədri

***

Hörmətli Səttar Möhbalıyev!

Bu möt

əbər qurumun rəhbərliyində Sizin şəxsinizdə Azərbaycan həmkarlar ittifaqlarının təmsil olunması ittifaqımızın hər bir sıravi üzvünü ürəkdən sevindirir. Bu vəzifənin icrası zamanı üzərinizə düşəcək işi ləyaqətlə yerinə yetirmək işində hamımız Sizə dəstək göstərmək əzmində və imkanındayıq. Bir daha yenidən vitse-prezident seçilməyiniz münasibətilə sizi öz adımdan və çoxsaylı həmkar üzvlərimiz adından təbrik edirəm.

Hörmətlə,

Mükafat ABBASOV,

TİAHİ Səbail Rayon Komitəsinin sədri

***

Hörmətli Səttar müəllim!

Sizin yüksək peşəkarlığınız, hər bir işçinin qəlbinə yol tapmaq bacarığınız Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən də yenidən qeyd olundu. Biz bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan həmkarlar ittifaqları lideri həm də beynəlxalq həmkarlar ittifaqları liderləri arasında tanınır və dəstəklənir. Sizi təbrik edir, cansağlığı və uzun ömür arzulayırıq. 

 Hörmətlə,

Siyasət QULİYEV,

“Xidmət-İş” Hİ Federasiyasının

Suraxanı Rayon Komitəsinin sədri

***

Hörmətli Səttar müəllim!

Sizin beynəxalq həmkarlar ittifaqları Konfederasiyasının vitse-prezidenti seçilməyinizi biz təbii və gözlənilən sayırıq. Uzun illərdir ki, Siz beynəlxalq həmkarlar ittifaqlarının fəaliyyətinin dünyada gedən proseslərə uyğunlaşdırılması üçün böyük işlər görürsünüz.

Sizi dünyanın ən böyük, ən nüfuzlu beynəlxalq həmkarlar ittifaqları təşkilatlarına yenidən vitse-prezident seçilməyiniz münasibətilə təbrik edirik. Bu uğurunuzla qürur hissi keçiririk.

Hörmətlə,

Ədalət NAĞIYEVA,

“Kənd-Qida-İş” Hİ Federasiyasının

Abşeron Rayon Komitəsinin sədri

***

Hörmətli Səttar müəllim!

Sizə Azərbaycan həmkarlar ittifaqlarının gələcəyi , işçilərin əmək və sosial hüquqlarının daha möhkəm müdafiəsi naminə bundan da böyük nailiyyətlər və cansağlığı arzulayırıq.

Sizi şəxsən öz adımdan və çoxminli həmkarlar ittifaqları adından yenidən vitse-prezident seçilməyiniz münasibətilə təbrik edirəm.

Hörmətlə,

İsgəndər QURBANOV,

MİHİ Qazax Rayon Komitəsinin sədri

***

Hörmətli  Səttar  müəllim !

Sizi  Beynəlxalq Həmkarlar İttifaqları Konfederasıyasının IV qurultayında yenidən vitse-prezident seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyiniz ilə Azərbaycan həmkarlar ittifaqları nəinki respublikamızda, hətta beynəlxalq aləmdə də sayılıb-seçilən ictimai  təşkilatlardandır. Əminik ki, bundan sonra da həmkarlar ittifaqlarının inkişafı üçün bütün bilik və bacarığınızı əsirgəməyəcəksiniz. Bu çətin, şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar arzulayıram.

Hörmətlə:

Allahverdi ALIYEV,

Səhiyyə İşçiləri Həmkarlar

İttifaqı Mingəçevir Şəhər

 Şurasının sədri