Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının nümayəndələrinə


Baxıldı : 212

Tarix : 2018-02-03 23:36:37


Əziz yoldaşlar!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının nümayəndələrini alovlu salamlayır, sizə uğurlu və məhsuldar iş arzulayıram.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, vətəndaş cəmiyyəti sistemində nüfuzlu təşkilat olmaqla, milli inkişafın vacib məsələlərinin həllində iştirak edir.

Sizinlə sıx əlaqələrimizdən yaxşı bilirik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) səmimi, məsuliyyətli mövqeyi və fəaliyyətindəki konkretlik respublikanın həyatının hər bir sahəsinə müsbət təsir göstərir, demokratiyanın möhkəmlənməsi işinə xidmət, sosial-iqtisadi tərəqqiyə yardım edir.

Konfederasiya, onun üzv təşkilatları hakimiyyət orqanları və işəgötürənlər təşkilatları ilə konstruktiv əlaqədə işləyir. Sosial dialoq vasitəsilə layiqli əmək prinsiplərinin həyata keçirilməsi uğrunda ardıcıl mübarizə aparır. Özünün növbəti qurultayının astanasında AHİK müasir dünyanın çağırışlarını, ziddiyyətlərini və  kəskin problemlərini, iqtisadiyyatın qloballaşması nəticəsində cərəyan edən struktur-texnoloji dəyişiklikləri və onların miqyasını aydın dərk edir, işçilərin və onların ailə üzvlərinin hüquq və mənafelərinin etibarlı şəkildə müdafiə olunmasında tam qərarlıdır.

AHİK-in işçilər arasında nüfuzunun durmadan artmasını onun sıralarının mütəmadi genişlənməsi faktı da sübut edir.

AHİK-in rəhbər orqanları tərəfindən həmkarlar ittifaqlarında üzvlüyün motivasiyasının yaxşılaşdırılmasına, təşkilati strukturun və maliyyə intizamının möhkəmləndirilməsinə yönəldilmiş ardıcıl fəaliyyəti ən yüksək qiymətə layiqdir.

AHİK dünya həmkarlar ittifaqı hərəkatında geniş tanınmışdır. O, Beynəlxalq Əmək Təşkilatı ilə qarşılıqlı fəaliyyət göstərir. Bu qurumun vacib konvensiyalarının müddəalarına əməl olunması üçün ardıcıl çıxış edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ÜHİK-in də inkişafına və möhkəmlənməsinə əhəmiyyətli töhfə verir.

Biz dostluq münasibətlərimizi və yoldaşcasına əməkdaşlığımızı yüksək dəyərləndiririk. Əminik ki, bizim ümumi fəaliyyətimizlə, ÜHİK-in VIII qurultayının qarşımıza qoyduğu qərarları yerinə yetirməklə qarşılıqlı əlaqələrimiz daha da möhkəmlənəcək.

Zamanın çağırışlarına həmkarlar ittifaqlarının həmrəyliyi ilə cavab verək!

Sizə, əziz yoldaşlar, möhkəm cansağlığı, uğurlar və işçilərin sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsi uğrunda mübarizədə müvəffəqiyyətlər arzulayırıq!

 

Vladimir Pavloviç ŞERBAKOV,

Ümumhəmkarlar İttifaqları

Konfederasiyasının Baş katibi