Azərbaycan qadınının misilsiz xidmətləri dövlətimiz tərəfindən həmişə qiymətləndirilmişdir


Baxıldı : 79

Tarix : 2020-03-14 17:41:23


“Azərsu” Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib. Respublika Komitəsinin sədri Akif Məmmədov qadın əməkdaşları, onların timsalında bütün Azərbaycan xanımlarını bu əlamətdar gün münasibətilə təbrik edib, onlara cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb. Akif müəllim Azərbaycan qadınlarının tarixi xidmətlərindən, cəmiyyətdəki rolundan və nüfuzundan bəhs edib.  Deyib ki, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması və yaşadılmasında Azərbaycan qadınının misilsiz xidmətləri var. Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəallığının artırılmasına həmişə xüsusi önəm verib. Ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verən qadınlar cəmiyyətimizdə öz layiqli yerini tutub. Azərbaycan qadınının, ailəsinin qarşılaşdığı problemlərin həllində, uşaqların sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır.

A.Məmmədov qeyd edib ki, su təsərrüfatı sektorunda mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyi var. “Azərsu” ASC-də qadınların fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Tədbirin sonunda xanım əməkdaşlara qiymətli hədiyyələr və gül dəstələri təqdim olunub.