Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilmişdir


Baxıldı : 72

Tarix : 2020-05-22 11:31:07


          22 may 2020-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı FHN-nin aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirmişdir.

          Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı sədri Mehman İsmayılovun rəhbərliyi ilə keçirilən iclasda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dünyanı sarsıdan COVİD-2019 pandemiyasının qarşısının alınması və onun ölkə itisadiyyatına vurduğu fəsadların təsirinin aradan qaldırılması, vətəndaşların sosial rifah halının daha da gücləndirilməsi  ilə bağlı görülmüş işlər, həmçinin, Heydər Əliyev Fondunun, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bu sahədə gördüyü işləri yüksək qiymətləndirilmişdir. İclasda karantin rejimi dövründə həmkarlar ittifaqı komitələrinin fəaliyyəti müzakirə olunmuş, və onların fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.

Həmkarlar İttifaqı sədri Mehman İsmayılovun  ölkə rəhbərinin gördyü işlərə toxunarkən qeyd etdi ki,  “Ötən dövr Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında yaradılmış sosial-iqtisadi modelin zamanın sınağından çıxdığını göstərdi. Qabaqlayıcı tədbirlər pandemiyanın geniş vüsət almasının qarşısını almağa imkan verdi. Yoluxma səviyyəsi və ölüm sayının azlığına görə Azərbaycan düynada ilk onluqdadır. Bu da zamanında atılan qabaqlayıcı addımların effektli olduğunun, özünü doğrultduğunun sübutudur. Təsadüfü deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işləri yüksək qiymətləndirmiş və Azərbaycanı nümunəvi ölkə adlandırır.”

Mehman İsmayılov çıxışında bildirdi ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq  həssas təbəqələrə sosial dəstək verildi, birdəfəlik ödənişlər ayrıldı, ictimai iş yerlərinin sayı artırıldı, həm də koronavirus təhlükəsi, karantin rejimi ilə bağlı fəaliyyəti məhdudlaşmış sahibkarlıq subyektlərinə yardım edildi, işçilərin maaşlarının əhəmiyyətli qismi dövlət büdcəsinin vəsaiti hesabına ödənildi. Bununla da özəl sektorun bu dövrdən az itkilərlə çıxmasına nail olundu. Məhz bu məqsədlə 3,5 milyard manat vəsait ayrıldı. Karantin rejimi dövründə pandemiyadan ən çox ziyan çəkən sahələrdə işini itirən 700 minə yaxın vətəndaşın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən verilir.  600 min işsiz, aztəminatlı və qeyri-formal məşğulluqla pul qazanan insanlar dövlət tərəfindən maddi yardımla təmin edilir. Bütün bugörülən işlər Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” fikirlərinin bariz təzahürü kimi dəyərləndirilməlidir. Azərbaycan bu günə qədər 13 ölkəyə və 3 beynəlxalq təşkilata yardım göstərməklə  dünyaya hər zaman kömək etməyə hazır olduğunu ortaya qoydu.

Mehman İsmayılov çıxışında qeyd etdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Heydər Əliyev Fondunun “Biz birlikdə güclüyük” aksiyası zamanı 100 mindən çox yardım paylanılıb.  Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında sovqatların hazırlanması və onların ünvanlara çatdırılması təmin edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın xeyirxah təşəbbüsü əsasında karantin rejimi dövründə talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə ölkə ərazisində keçirilən qanvermə aksiyasının təqdirəlayiq addım olduğunu diqqətə çatdırdı.

Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyası tərəfindən pandemiyanın fəsadlarının qarşısının alınması və sosial cəhətdən zəif təmin olunmuş vətəndaşlara göstərilən köməkliklərə toxunaraq  bu sahədə həyata keçirilən fəaliyyəti də yüksək dəyərləndirdi.

Onlayn iclasda qeyd edildi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən Koronovirusla Dəstək Fonduna maddi dəstəyin göstərilməsi məqsədilə AHİK-in  maliyyə hesabna 50 min (əlli min) manat  vəsait köçürülmüşdür.

Daha sonra onlayn iclas iştirakçıları tərəfindən gündəlikdə duran məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.