Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları  Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının  Milli   Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış  Baş Kollektiv Sazişin


Baxıldı : 349

Tarix : 2020-07-27 04:40:37


 

1. Baş Kollektiv Sazişin I bölməsində əks olunan öhdəliklərin icrası və əsas sosial-iqtisadi göstəricilərin əldə edilməsi sahəsində əmək kollektivlərinə əməli və zəruri köməklik göstərmək.
AHİK-in müvafiq şöbələri,
üzv təşkilatları

2. 2020-2022-ci illərdə bağlanacaq və qüvvədə olan tarif sazişlərə və kollektiv müqavilələrə Baş Kollektiv Sazişə uyğun olaraq əlavə və dəyişikliklər etmək.
Üzv təşkilatlar

3. Əməkhaqqının, pensiya və müavinətlərin artırılması, vaxtında verilməsi, məvaciblər üzrə borcların aradan qaldırılması üçün təminedici tədbirlər hazırlayıb həyata keçirmək.
AHİK-in müvafiq şöbələri,
üzv təşkilatları

4. Baş Kollektiv Sazişin “Əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi”, “Əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatı” bölməsində nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək.
AHİK-in Zəhmətkeşlərin əməyinin və 
sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbəsi, üzv təşkilatları

5. Müvafiq dövlət orqanları ilə birgə Baş Kollektiv Sazişin  3.2.22, 3.2.24, 4.1.1, 4.1.3, 4.1.5, 4.1.6, 4.1.13, 4.1.15-4.1.19, 4.1.21-4.1.39. bəndlərinin  icrası ilə bağlı tədbirləri həyata keçirmək.
AHİK-in Sağlamlığın mühafizəsi 
və sosial təminat üzrə şöbəsi, 
üzv təşkilatları

6. Baş Kollektiv Sazişin 2.2.9, 5.1.1. -5.1.11, 5.1.15  bəndlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək.
AHİK-in Əməyin mühafizəsi şöbəsi,
müvafiq dövlət orqanları ilə birlikdə

7. Baş Kollektiv Sazişin 2.2.3., 3.1.5., 3.2.1., 3.2.2., 3.2.17., 3.2.21., 3.2.7., 4.1.8., 4.1.12., 4.1.14, 4.1.20.  bəndlərinin icrası üçün təkliflər hazırlamaq.
AHİK-in Zəhmətkeşlərin mədəni-məişət
problemləri üzrə analitik tədqiqat şöbəsi
və sahə HİRK-lər

8. İşçilərə əmək qabiliyyətlərinin yüksəldilməsi və sağlamlıqlarının möhkəmləndirilməsi məqsədilə istirahət evlərinə, turist bazaları və sanatoriya-kurort müəssisələrinə yollayışlar vermək, həmçinin Sazişin 4.1.4, 5.1.14 bəndlərinin icrasını təmin etmək.
AHİK-in Maliyyə şöbəsi,
üzv təşkilatları

9. Baş Kollektiv Sazişin 3.1.1, 4.1.7, 5.1.17., 5.1.18., 5.1.20., 6.2.8. bəndlərində əks olunan öhdəliklərin icra olunması ilə bağlı müvafiq tədbirlər həyata keçirmək.
AHİK-in Hüquq şöbəsi,
üzv təşkilatları

10. Baş Kollektiv Sazişin altıncı bölməsində təsbit olunmuş müvafiq öhdəliklərin icrasına nəzarət etmək.
AHİK-in Təşkilat işləri və məlumat şöbəsi,
Zəhmətkeşlərin əməyinin və sosial-
iqtisadi mənafelərinin müdafiəsi üzrə
şöbəsi  və üzv təşkilatları

11. Baş Sazişin 5.1.12. 5.1.13, 5.1.16, 5.1.17, 5.1.18., 5.1.19. bəndlərinin icra olunmasında üzv təşkilatların iştirakını təmin etmək.

12. Baş Kollektiv Sazişin müddəalarının və bu qərarın yerinə yetirilməsinin gedişi haqqında AHİK-in Zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbəsinə 2021-ci və 2022-ci ilin fevral  ayında yazılı məlumat vermək.
AHİK-in müvafiq şöbələri, 
üzv təşkilatları

13. Baş Kollektiv Sazişin 6.9. bəndinin icrası ilə bağlı zəruri hallarda Tərəflərin komissiyalarının ümumi iclasında baxılması üçün təkliflər hazırlamaq.
AHİK-in Zəhmətkeşlərin əməyinin və 
sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbəsi

14. Baş Kollektiv Sazişin icrası ilə bağlı vaxtaşırı olaraq respublikanın  kütləvi informasiya vasitələrində məlumatların yayılmasını təşkil etmək.
AHİK-in Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsi