AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI AZƏRBAYCAN RESPUBLİKASI SAHİBKARLAR (İŞƏGÖTÜRƏNLƏR) TƏŞKİLATLARININ MİLLİ KONFEDERASİYASI Bakı şəhəri, 7 fevral 2018-ci il Q Ə R A R (№ 36)


Baxıldı : 167

Tarix : 2018-02-17 01:13:00


Azərbaycan Respublikası

nın  Nazirlər Kabineti,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)

Təşkilatlarının  Milli Konfederasiyası arasında

2018-2019-cu illər üçün Baş Kollektiv

Sazişin bağlanılması haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası

QƏRARA ALIRLAR:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2018-2019-cu illər üçün Baş Kollektiv Saziş bağlanılsın (əlavə olunur).

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Səttar Möhbalıyev

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

 

Məmməd Musayev

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti