Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 02/11/2019


Baxıldı : 28

Tarix : 2019-11-01 16:11:09


(oktyabrın 28-də)

...Qəbələ rayonuna səfər edib.

...Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub.

...Qəbələ rayonunda 110/35/10 kilovoltluq “Qəbələ” elektrik yarımstansiyasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

... Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi tədbirində iştirak edib.

... “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılış mərasimində iştirak edib.

... Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

... Ağdaş rayonuna səfər edib.

...Ağdaş rayonunda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun açılış mərasimində iştirak edib.

...  Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi tədbirində iştirak edib.

... Ağdaş Rayon Telekommunikasiya Qovşağında “Şəbəkə” Xidmət Mərkəzi ilə tanış olub.

... Ağdaşda “Biyan Products” MMC-yə məxsus Biyan Sənaye Parkının açılış mərasimində iştirak edib.

(oktyabrın 29-da)

... Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib.

...”Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edib.

(oktyabrın 30-da)

...MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib.

...Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

(oktyabrın 31-də)

...Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib.

...paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub.

(noyabrın 01-də)

...Samir Rafiq oğlu Nuriyevin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

...Samir Rafiq oğlu Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında Sərəncam imzalayıb.