Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 04


Baxıldı : 308

Tarix : 2020-07-04 19:42:15


İyunun 29-da
... və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.

İyunun 30-da
... və BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili arasında bu təşkilatın təşəbbüsü ilə videokonfrans keçirilib.
... Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

İyulun 01-də
... Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif edilməsi  və digər zabitlərinə polis general-leytenantı və polis general-mayoru ali xüsusi rütbələrinin verilməsi haqqında Sərəncam imzalayıb.
...İsmayıllı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

İyulun 02-də
... Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edərək Rusiyada vətəndaşların böyük əksəriyyətinin Konstitusiyaya dəyişikliklərin lehinə səs verməsi münasibətilə təbriklərini çatdırıb.
..., Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans vasitəsilə görüş keçirilib.