Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11/08/2018


Baxıldı : 96

Tarix : 2018-08-10 21:18:20


(avqustun 06-da)

... Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və liman ərazisində sərnişin terminalının tikintisi haqqında Sərəncam imzalayıb.

 

(avqustun 08-də)

... Bəhreyn Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ebrahim Yusuf Al-Abdullanın, Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Şərif Anisin, Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Hen Cunun  etimadnamələrini qəbul edib.

... Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında Sərəncam imzalayıb.

 

(avqustun 09-da)

... “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

 

(avqustun 10-da)

... ölkəmizə rəsmi səfərə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu qarşılayıb.

... və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.

... və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

... və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

... və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.

... ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə daimi xüsusi komitəsinin sədri Devin Nunesin başçılıq etdiyi və komitənin üzvü Rik Kravfordun daxil olduğu nümayəndə heyətini qəbul edib.