Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12/10/2019


Baxıldı : 30

Tarix : 2019-10-11 17:58:32


(oktyabrın 07-də)

...Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edib.

...Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

(oktyabrın 08-də)

...və birinci xanım Mehriban Əliyeva Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak ediblər.

(oktyabrın 09-da)

...İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

...Bakıdakı Rus Kitab Evinin 10 illiyi münasibətilə ölkəmizdə səfərdə olan Rusiya nümayəndə heyətini qəbul edib.

...Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib.

(oktyabrın 10-da)

...Türkiyə Respublikasının Təhsil naziri Ziya Selçukun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

...Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

...MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib.

...Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulu          Berdiməhəmmədov ilə görüşüb.

...Aşqabadda Moldova Respublikasının Prezidenti İqor      Dodon ilə görüşüb.

(oktyabrın 11-də)

...Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib.

... Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib.