Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14/09/19


Baxıldı : 49

Tarix : 2019-09-13 17:36:45


(sentyabrın 09-da)

... 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

(sentyabrın 11-də)

...Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

(sentyabrın 12-də)

...Bakının Suraxanı rayonundakı 101 nömrəli orta məktəbdə aparılan təmir-tikinti və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

...Bakı Metropoliteninin “Xətai” stansiyasında əsaslı təmir və yenidənqurmadan sonra görülən işlərlə tanış olub.

...Avropa Şurası Parlament Assambleyasının prezidenti xanım Lilian Mori Paskieni qəbul edib.

...Şamaxı rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

(sentyabrın 13-də)

...Bakının Suraxanı rayonunda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış olub.

...Bakı şəhərinin Nərimanov rayonunda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib.