Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15/02/2020


Baxıldı : 42

Tarix : 2020-02-14 16:36:57


(fevralın 10-da)

...Bakının Pirallahı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyasının açılışında iştirak edib.

...Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

...MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

... MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminskini qəbul edib.

(fevralın 11-də)

...birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Mərkəzində musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovla görüşüblər və burada təşkil olunan bir neçə sərgi ilə tanış olublar.

...”Şərəf” ordenini Əlibaba Məmmədova təqdim edib.

(fevralın 12-də)

...Kürdəmir rayonuna səfər edib.

...Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

... Kürdəmir rayonunun Karrar qəsəbəsində “Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının, “ASAN xidmət” mərkəzinin və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışında iştirak edib.

(fevralın 13-də)

...Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

(fevralın 14-də)

...56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfərə gedib.