Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17/11/2018


Baxıldı : 34

Tarix : 2018-11-23 10:56:21


(noyabrın 12-də)

...Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

... və birinci xanım Mehriban Əliyeva Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak ediblər.

(noyabrın 13-də)

...Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini ilə görüşüb.

(noyabrın 14-də)

...Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib.

(noyabrın 15-də)

...Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin ətrafındakı ərazidə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olub.

...Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsu qəbul edib.

(noyabrın 16-da)

...Sumqayıt şəhərinə səfər edib.

...Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib.

...Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunun açılışında iştirak edib.

...Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışında iştirak edib.

...Sumqayıta səfəri çərçivəsində Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib.