Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (22/02/2020


Baxıldı : 50

Tarix : 2020-02-21 19:05:05


(fevralın 18-də)

...Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib.

(fevralın 19-da)

...İtaliya Respublikasına səfər edib.

...,birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

(fevralın 20-də)

...və birinci xanım Mehriban Əliyeva İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella ilə görüşüblər.

...və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

...və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.

...İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə təkbətək görüşüb.

...və İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni imzalayıblar və mübadilə ediblər.

...İtaliya Respublikası Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti ilə görüşüb.

...Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi nahar edib.

... və birinci xanım Mehriban Əliyeva Romadakı “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər.

...İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb.

...,birinci xanım Mehriban Əliyeva, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella Romadakı Kuirinale Sarayında “2020-ci il - İtaliyada Azərbaycan Mədəniyyət İli”nin açılışı münasibətilə təqdim olunan konsert proqramını dinləyiblər.