Baxıldı : 37

Tarix : 2018-11-23 21:54:02


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 24/11/2018 

(noyabrın 19-da)

...Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Minsk şəhərindəki “Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

...Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub.

... Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko tərəfindən rəsmi qarşılanıb.

...Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşüb.

...və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

...və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

...və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatla çıxış ediblər.

... Belarus Respublikasına rəsmi səfərdən qayıdıb.

(noyabrın 20-də)

...Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

...Rusiya Federasiyasının Jurnalistlər İttifaqının sədri Vladimir Solovyovu qəbul edib.

(noyabrın 21-də)

...Türkmənistana rəsmi səfər edib.

...Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib.

...Aşqabadda Olimpiya Kompleksi ilə tanış olub.

...Aşqabadda Türkmən milli xalça muzeyi ilə tanış olub.

(noyabrın 22-də)

...Aşqabaddakı Müstəqillik Meydanında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən rəsmi qarşılanıb. 

... Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşüb.

...və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

...və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.

...və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mətbuata birgə bəyanatla çıxış ediblər.

...Türkmənistana rəsmi səfərdən qayıdıb.