Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26/10/19


Baxıldı : 29

Tarix : 2019-10-28 06:06:55


 

(oktyabrın 21-də)

... Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.

... Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.

(oktyabrın 22-də)

... Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edib.

(oktyabrın 23-də)

... Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edib.

... İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

... Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər üzrə Dövlət naziri Ənvər Qarqaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

... Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib.

(oktyabrın 24-də)

... akademik Akif Əlizadəni qəbul edib və ona 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib.

... İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşüb.

... Vyetnam Sosialist Respublikasının vitse-prezidenti xanım Danq Thi Nqok Thinhin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

... Oman Sultanlığı Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munzirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

... Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

... Kuba Respublikasının Prezidenti Migel Diaz-Kanel ilə görüşüb.

(oktyabrın 25-də)

... Bakıda işə başlayan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə çıxış edib.

...Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

...Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə görüşüb.

...Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelleh ilə görüşüb.