Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28/07/2018


Baxıldı : 43

Tarix : 2018-07-28 05:01:20


(iyulun 23-də)

... Masallı rayonunun Şatıroba-Hişkədərə-Miyanku-Kubin-Birinci Səmədxanlı-Xallıcalı-Əminli-Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

... “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

 

(iyulun 24-də)

... Qaradağ rayonunun Lökbatan-Qızıldaş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında  Sərəncam imzalayıb.

 

(iyulun 25-də)

... Tərtər rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

(iyulun 26-da)

... Göyçay rayonunun Cəyirli-Alpout avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında  Sərəncam imzalayıb.