Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28/09/2019


Baxıldı : 44

Tarix : 2019-09-27 17:54:44


(sentyabrın 23-də)

...Quba rayonunun Quba-Qusar (9 km)-Alpan-Kürkün-Susay avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

(sentyabrın 24-də)

...Xorvatiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçin etimadnaməsini qəbul edib.

...Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikasın etimadnaməsini qəbul edib.

...Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun etimadnaməsini qəbul edib.

 (sentyabrın 25-də)

...və birinci xanım Mehriban Əliyeva Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında iştirak ediblər.

 (sentyabrın 26-da)

...Beynəlxalq Maliyyə Korporasiyasının iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

...Türkmənistanın milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu göndərib.

...respublikamızın yəhudi əsilli vətəndaşlarını onların yeni il bayramı Roş-Ha-Şana münasibətilə təbrik edib.

(sentyabrın 27-də)

...və birinci xanım Mehriban Əliyeva Fransa Respublikasının ölkəmizdəki səfirliyinə gələrək, Fransanın sabiq Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər.