Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29/02/2020


Baxıldı : 37

Tarix : 2020-02-28 15:10:56


 

(fevralın 25-də)

...Azərbaycana səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

...Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşüb.

...və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib.

...və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

(fevralın 26-da)

...və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak ediblər.

... ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

(fevralın 27-də)

...Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

...Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib.

(fevralın 28-də)

...Bakı şəhərində Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib.

...Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak və çıxış edib.