Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev


Baxıldı : 23

Tarix : 2019-11-29 19:03:25


(noyabrın 25-də)

...Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 (noyabrın 26-da)

...Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

...NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

...Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib.

(noyabrın 27-də)

...Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

(noyabrın 28-də)

...Slovakiya Respublikasının Xarici İşlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

...Şamaxı rayonunda xidmət infrastrukturunun texniki təminatının gücləndirilməsi haqqında Sərəncam imzalayıb.

...Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb.

(noyabrın 29-da)

...İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edib.

...”Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.