Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (iyunun 25-də)


Baxıldı : 145

Tarix : 2018-06-30 04:04:08


Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev

(iyunun 25-də)

...Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayatı qəbul edib.

(iyunun 26-da)

...və birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parada baxıblar.

...Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarı və Türkiyənin müdafiə naziri Nurettin Caniklini qəbul edib.

... İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

(iyunun 27-də)

...ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini xanım Alis Uelsi qəbul edib.