Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkə olmağa müvəffəq olmuşdur


Baxıldı : 212

Tarix : 2018-01-26 20:47:18


Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasda iştirak edib. Dövlətimizin başçısı iclasda çıxış edib və sualları cavablandırıb. Prezident İlham Əliyev mehriban qonşuluğa əsaslanan tərəfdaşlığın, iqtisadiyyatın şaxələndirilməsinin, ölkəmizin regional nəqliyyat dəhlizinə çevrilməsinin, Avropada olan tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin edilməsinin, yoxsulluq və işsizliyin azaldılması sahəsində görülən işlərin  ölkəmizin uğurlarının, daxili sabitliyin və yaxşı gələcək perspektivlərinə hesablandığını qeyd edib.

Dövlət başçısı Davosda bir sıra görüşlər keçirib.