”Azəri Qafqaz” hesabat verdi


Baxıldı : 77

Tarix : 2019-07-01 06:50:08


İyunun 22-də R.Behbudov adına Mahnı Teatrında “Azəri Qafqaz” rəqs kollektivinin yekun hesabat konserti keçirildi. Uşaqlar il ərzində öyrəndiyi və hazırladığı rəqsləri böyük coşğunluqla tamaşaçılara nümayiş etdirdilər. Konsertin repertuarı çox maraqlı və rəngarəng idi. Müxtəlif mövzulu kompozisiyalar, müasir və milli rəqslər, hind, özbək və digər xalqların rəqsləri bir-birini əvəz edirdi. Konsert  əllərində Azərbaycan bayrağı tutmuş iştirakçıların “İgid əsgər” mahnısının sədası altında sona çatdı. 

H.Z.Tağıyev adına Toxuculuq Kombinatının Mədəniyyət Evinin direktoru, əməkdar mədəniyyət işçisi Azad Aslanov səhnəyə qalxaraq uşaqları təbrik etdi.

Bu yazının müəllifi, AHİK-in nümayəndəsi kimi, bütün kollektivi, onların rəhbərlərini və mədəniyyət evinin direktorunu təbrik etdi, uşaqlara yeni yaradıcılıq uğurları arzuladı.

Sonda bütün kollektivə diplom və Fəxri fərmanlar təqdim olundu.

İstedadlı uşaq və gəncləri aşkara çıxarmaq, onların hüquqlarını qorumaq, uşaqların yaradıcılığını inkişaf etdirmək həmişə həmkarlar ittifaqlarının diqqət mərkəzində olub.

Xoşqədəm BAĞIROVA,

AHİK-in mütəxəssisi