“Azəri Qafqaz”ın hesabat konserti


Baxıldı : 89

Tarix : 2018-06-22 23:07:18


Mayın 18-də Rəşid Behbudov adına Mahnı Teatrında “Azəri Qafqaz” rəqs kollektivinin hesabat konserti keçirilib.Tədbir eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr edilib.

Kollektivin üzvləri il ərzində öyrəndikləri və hazırladıqları rəqsləri böyük coşqunluqla tamaşaçılara nümayiş etdiriblər. Uşaqların ixtiyarına verilmiş səhnədə müxtəlif mövzulu kompozisiyalar, bir-birini əvəzləyən müasir və milli rəqslər zövq oxşayıb. Rəqslərarası çıxış edən muğam dərnəyinin üzvləri də öz ifaları ilə həm kollektivi təbrik edib, həm də konsertin daha maraqlı keçməsinə töhfə veriblər. Sonda bütün iştirakçılar rəngarəng kostyumlarda səhnəyə çıxıblar. Lap öndə isə hərbi formada, əllərində Azərbaycan bayrağı tutmuş iki balaca əsgərimiz dayanaraq hamı birlikdə “İgid əsgər” mahnısını ifa edib.

Balaca rəqqasların çıxışı tamaşaçıların əksəriyyətini təşkil edən valideynləri tərəfindən sevinc və alqışlarla qarşılanıb.

Klubun direktoru, Əməkdar mədəniyyət işçisi Azad Aslanov  və bu yazının müəllifi, AHİK-in nümayəndəsi bütün kollektivi şən çıxışa görə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Xoşqədəm BAĞIROVA,

AHİK-in mütəxəssisi