Aztəminatlı əməkdaşlara ərzaq sovqatları paylanılıb


Baxıldı : 64

Tarix : 2020-05-22 06:27:01


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Riyaziyyat və Mexanika İnstitutunda aztəminatlı əməkdaşlara ərzaq yardımı göstərilib. İnstitutun  Həmkarlar İttifaqı Komitəsinin sədri İradə Mirzəzadə tədbir iştirakçılarını qarşıdan gələn müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edib. Bildirib ki, ölkəmiz milli və dini tolerantlıq baxımından bütün dünyaya nümunədir.

İ.Mirzəzadə daha sonra dünyada, eləcə də Azərbaycanda yayılmış             COVID-19 infeksion xəstəliyi barədə məlumat verib. Deyib ki, dövlət başçısının ciddi nəzarəti altında əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür.

Koronavirusun yayılmasının qarşısını almaq üçün, digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da sosial izolyasiya tətbiq edilib, idarə, müəssisələr müvəqqəti fəaliyyətini dayandırıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışına qoşularaq xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə riayət olunub. Dövlət başçısının tapşırığına əsasən, əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının yaxşılaşdırılması, virusla mübarizədə fədakarlıq göstərən səhiyyə işçilərinin əməkhaqlarının artırılması, işə gedə bilməyən şəxslərin əməkhaqqının saxlanılması, imkansız ailələrə yardımların edilməsi  və sairə tədbirlər həyata keçirilib. 

Sonda İradə xanım AMEA Azad Həmkarlar İttifaqına pandemiya dövründə aztəminatlı əməkdaşlara ərzaq yardımının alınıb paylanmasına maddi dəstək göstərdiyinə görə təşəkkürünü bildirib. Sonra Riyaziyyat və Mexanika İnstitutunun xüsusi yardıma və qayğıya ehtiyacı olan 20 nəfər aztəminatlı əməkdaşına zəruri ərzaq məhsullarından ibarət sovqat təqdim edilib.