Aztəminatlı əməkdaşlara ərzaq yardımı


Baxıldı : 249

Tarix : 2020-06-12 06:01:51


Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının (AHİ) ilk təşkilatları olan Radiasiya Problemləri, Şərqşünaslıq, İqtisadiyyat institutlarının həmkarlar təşkilatları tərəfindən koronavirus pandemiyası dövründə ehtiyacı olan aztəminatlı əməkdaşlara ərzaq yardımı edilib.

Tədbirdə AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov çıxış edib. H.Qurbanov Azad Həmkarlar İttifaqı tərəfindən ötən müddət ərzində akademiya əməkdaşları ilə koronavirusa dair maarifləndirmə işlərinin aparıldığını, aztəminatlı ailələrə ərzaq sovqatlarının paylanıldığını bildirib. O, COVID-19-dan qorunmaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyin, sosial məsafə saxlamağın zəruriliyini vurğulayıb.

Daha sonra Radiasiya Problemləri İnstitutunun 75, İqtisadiyyat İnstitutunun 55 və Şərqşünaslıq İnstitutunun 35 aztəminatlı əməkdaşına ərzaq yardımı təqdim olunub.