Bədbəxt hadisələrin...


Baxıldı : 269

Tarix : 2015-01-10 04:06:00


baş verməməsi üçün profilaktik tədbirlər görülürDekabrın 22-də Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin geniş tərkibdə IV Plenumu keçirilmişdir.Plenumun gündəliyində əsas məsələ \ Sahə həmkarlar ittifaqının əhatə etdiyi müəssisələrdə əməyin mühafizəsinin vəziyyəti\ olmuşdur. Bu məsələ ilə əlaqədar Respublika Komitəsinin sədr müavini, baş texniki əmək müfəttişi Nazim Babayevin məruzəsi dinlənildi. Məruzə ətrafında müzakirələrdə Azərbaycan İstilik Elektrik Stansiyası HİK-in sədri Fariz Məhərrəmov, Abşeron Regional Elektrik Şəbəkəsi HİK-in sədri Eldar Ocaqquliyev, Şirvan Regional Elektrik Şəbəkəsi HİK-in sədri Afət Nəcəfov, Sumqayıt Texnologiyalar Parkı HİK-in sədri Zülfüqar Aslanov, Şahdağ Elektrik Stansiyası HİK-in sədri Rauf Minhacov və başqaları çıxış etmişlər.Çıxışlarda bildirilmişdir ki, xüsusən son illərdə işçilərin təhlükəsizliyinə, əməyin mühafizəsinə dair aparılan profilaktik tədbirlərin həyata keçirilməsi nəticəsində müəssisə və təşkilatlarda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması istiqamətində müəyyən işlər görülür.Enerji sistemində istismarda olan elektrik avadanlıqlarının mürəkkəbliyini, onların dəqiq idarəetmə tələblərini nəzərə alaraq, müəssisə və təşkilatlarda əməyin mühafizəsinə, texniki təhlükəsizliyə, işçilər üçün sağlam və təhlükəsiz iş şəraitinin yaradılmasına xüsusi fikir verilir.Mütəmadi olaraq təhlükəsizlik texnikası günlərinin keçirilməsi, işçilərin əmək və istehsalat intizamının yüksəldilməsi, onların kollektiv və fərdi mühafizə vasitələri ilə, xüsusi geyimlə, yanğına qarşı mühafizə vasitələri ilə təmin edilməsi, cari təlimatların yerinə yetirilməsi, əməliyyat və növbətçi heyətin iş rejiminin tənzimlənməsi, iş yerlərinin sanitar-gigiyena tələblərinə uyğunlaşdırılması və sairə tədbirlər istehsalatda baş verən bədbəxt hadisələrin qarşısının alınması üçün əsas amillərdir.Eyni zamanda müəssisə və təşkilatlarda bədbəxt hadisələrin tədqiqatı aparılır, başvermə şəraiti və səbəbləri təhlil olunur, işçi heyəti ilə müzakirə edilərək oxşar hadisələrin qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür.\ Azərenerji\ ASC-nin müəssisə və təşkilatlarında işçilərin texniki hazırlığı, istismar, təhlükəsizlik texnikası və yanğınaqarşı qaydalar üzrə biliklərin yoxlanılmasına xüsusi yer verilir. Müəssisələrin fəaliyyəti ilə bağlı olaraq aidiyyətli proqramlar işlənmişdir və \ Energetika müəssisə və təşkilatlarında işçilər ilə aparılan işə dair rəhbər göstərişlər\ ə əsasən mütəmadi olaraq imtahanlar keçirilir. \ Azərenerji\ ASC-də imtahan komissiyasının işində Respublika Komitəsinin baş texniki əmək müfəttişi iştirak edir. Qeyd etmək lazımdır ki, təkcə 2014-cü ildə komissiya tərəfindən enerjisistem üzrə mütəxəssislərin biliyinin yoxlanması nəticəsində 13 nəfərə qeyri-kafi qiymət verilmişdir. Bu işçilər təkrarən imtahanlara cəlb olunmuşlar. Beləliklə, istismar və təhlükəsizlik texnikası qaydalarının pozulması halları azalmışdır.Plenumda qeyd edilmişdir ki, sahə həmkarlar ittifaqı əməyin mühafizəsi sahəsində qanunvericiliyə, qaydalara və normalara riayət edilməsi üzərində ictimai nəzarəti gücləndirməli, bu işdə sosial tərəfdaşlar ilə sıx əməkdaşlıq etməli və prinsipial mövqe tutmalıdır.Plenum məsələ ilə bağlı müvafiq qərar qəbul etmişdir.Sonra Respublika Komitəsinin III Plenumundan ötən müddət ərzində göstərdiyi fəaliyyət haqqında məlumat dinlənildi, Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının 2015-ci il üçün büdcəsi təsdiq olundu.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov Plenumda çıxış etdi.Plenumda sahə Hİ Respublika Komitəsinin sədri Rafiq İldarov yekun sözü söylədi.R.BƏYALI