Büdcənin dayanıqlığı pozula bilməz


Baxıldı : 285

Tarix : 2015-02-21 04:41:00


\ Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanda iqtisadi böhran yaratmayıb. Bu, neft hasil edən ölkələrin gəlirlərinin azalmasına, neft istehlak edən ölkələrdə isə iqtisadi fəallığın artmasına və iqtisadi artım templərinin müsbət dinamizminə təkan verib\ . Bunu Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimli bildirib. O deyib ki, Azərbaycan neft hasil edən ölkədir və 2015-ci ildə ümumi daxili məhsulun 65 faizi qeyri-neft sektorundan, 35 faizi neft sektorundan formalaşacaq. Əlbəttə, neftin dünya bazarında qiymətinin aşağı düşməsi Azərbaycanın gəlirlərinin azalmasına təsir göstərəcək. Azərbaycanın büdcəsinin 65 faizi neftlə bağlı olsa da, onun 53 faizi Neft Fondundan götürülüb sığortalanmış vəsaitdir. Yalnız 12 faizə təsir göstərəcək. O da 2,3 milyard manatdır. Onun sözlərinə görə, belə halda dünya bazarında neftin qiymətinin bir dollar aşağı düşməsi Azərbaycanın büdcəsinə 26 milyon manat təsir göstərəcək. Beləliklə, qiymət 10 dollar düşəndə 260 milyon, 20 dollar düşəndə 520 milyon manat təsir göstərəcək. İndiki durum altı ay davam etsə, Azərbaycanın büdcəsinə haradasa 500 milyon manat təsir edəcək. Ə.Məsimli vurğulayıb ki, bu proses 2015-ci ilin sonunadək davam etsə, büdcəyə 1 milyard manatadək təsir göstərəcək: \ 21 milyard manatdan çox büdcəsi olan Azərbaycanda bu cür kəskin problem nəticəsində gəlirlərin 1 milyard manat azalması büdcənin dayanıqlılığını poza bilməz, ciddi problemlərə yol açmaz. Yenə də ölkədə maaşlar, pensiyalar və digər ödənişlər vaxtında ödənilməkdə davam edəcək\ .AZƏR