Büdcə xərclərinin azaldılması nəzərdə tutulur


Baxıldı : 268

Tarix : 2016-07-08 03:07:00


Hesablama Palatası dövlət büdcəsinin vəsaitlərinin səmərəli xərclənməsini təmin etmək məqsədilə büdcənin təkmilləşdirilməsini vacib sayır. Palatanın sədri Vüqar Gülməmmədov bildirib ki, bununla bağlı təkliflər hazırlanıb. Təkliflərə əsasən, dövlət büdcəsinin xərclərinin (müdafiə olunan xərclər istisna olmaqla) azaldılması, o cümlədən idarəetmə xərclərinin məhdudlaşdırılması, dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərə yenidən baxılması, tənzimləyici normativlərin, hazırkı dövrün tələbləri nəzərə alınmaqla, əsaslı surətdə təkmilləşdirilməsi, illik amortizasiya normalarının dövlət büdcəsindən subsidiya alınması məqsədi üçün zərər hesablanarkən nəzərə alınmaması ilə bağlı təkliflər əksini tapıb.V.Gülməmmədov şəffaflığın artırılması və hesabatlılığın gücləndirilməsi üçün büdcə qanunvericiliyinin təkmilləşdirilməsini də vacib saydığını bildirib. Təkliflərdə dövlət büdcəsinin xərclərinin inzibati təsnifatı üzrə icrası ilə bağlı müddəanın əlavə olunması, ilin sonuna istifadə edilməyən vəsaitlər üzrə halların büdcə qanunvericiliyində konkret müəyyənləşdirilməsi və növbəti ilin dövlət büdcəsinin xərclərində nəzərə alınması öz əksini tapıb. ELBRUS